47
Kuçik həmin avazın digər muğamı olan kimi
Bayat ilə Rəkəb qanad açıb uçdular.
Müxalifin Bəhri-nazik kimi guşəsi var,
Bəzən Hisarək adlı başqasını da ürəyində tutur.
Məğlub guşənin Ruhi-ərvahıdır
1
,
Onun Zəmzəm gülündən bir dəstə bərdaşt
2
oldu.
Zirəfkən ilə Zirkeşi-əşiran
Guşənişinlər üçün Rəkəbdən əmələ gəldilər.
Bayat bu gün Rəhavilik
3
gətirir,
Əcəmin rəvayət edən Çargah
4
guşəsi var.
Novruz da eyni avazdandır,
Onun muğamları Busəlik ilə Hüseynidir.
Əşiranla Səba Busəlikdəndir,
Şöbədə ədədləri düzgün hesablayandır.
Dügahla Mühəyyər Hüseynidəndir,
İkisindən hər biri eynilə vacibdir.
Xocəstə Əşirandandır və İkiyat,
Səba ayrılmaz bir guşəsidir.
Hicazın gözəl xasiyyəti var, Dügah da elədir.
Dügah burada guşə axtarışındadır.
Hüseyni Mühəyyəri fəth edib,
Guşədə belə hallar tez-tez olur.
Altıncı avaz Ümmi-şahnazdır,
Onun muğamları Rəhavi ilə Büzürgdür.
İki Novruzu: ərəbi və əcəmi
Rəhavi özünə şöbə etdi.
Bizim Büzürgümüz
5
Hümayun və Nəhofta
Özünün xırda şöbələri demişdir.
Nəhoftun payına iki guşə düşdü:
Birisi Rəhabi-pəncgah, o birisi Mahurək.
Bil ki, Hümayunun iki guşəsi var:
Əvvəlki Hüzzamdır, sonrakı Çoqani.
Bir avazdır və iki muğam,
Muğamın da iki şöbəsinin olması bir qaydadır.
Hər şöbəyə ustad iki guşə verdi,
1
Ruhi-ərvah (eləcə də Ruhül-ərvah) – ruhların ruhu
2
Bərdaşt – 1) muğamın giriş hissəsi; 2) yığın, cəm
3
Rəhavilik – qurtuluş, xilas olma
4
Çargah – əlyazmanın müxtəlif yerlərində bu muğamın adı iki şəkildə (Çargah və Çahargah)
göstərilmişdir
5
Büzürg – böyük.