50
Şadi onların hamısını on yeddi üsul bəhrinə daxil etmişdir.
Beyt:
Süleyman Davudun nəğmələrindən xəbər alır,
Bülbülün lək-lək səs-nəvasını haradan öyrənəcəklər?
Onu da bilmək lazımdır ki, hansı muğamı hansı yerdə və kimin üçün
oxumalısan, hansı nəğmə haradan alınıb və o nəğmənin on iki bürcdən han-
sına aidiyyəti vardır.
Bu risalə bir neçə babdan tərtib olunmuşdur.
BIRINCI BAB
On iki muğamın adları haqqında
Yeri və göyləri Yaradanın adı ilə
Muğam adlarını sayıram.
Ay ağıl sahibi, mənə bir az qulaq as,
Eşitdiyini bir daha unutma.
Sözümə Rastdan başlayıram,
Çünki Rast adamı qəmdən azad edər.
Hüseyni ilə Əraq, həm də İsfahan.
Zəngulədən sonra Üşşaq ilə Nəvanı tanı.
Hicaz, Busəlik və Rəhavi:
Bunlar haqqında rəvayət edirəm.
Büzürg ilə birlikdə Kuçiki də bil,
Hamısını bir-bir sadaladım.
IKINCI BAB
Hər muğamdan, biri bəmindən, digəri zilindən,
iyirmi dörd şöbənin hasil olması haqqında
İndi isə, ay ağıl sahibi, məni dinlə.
İstər-istəməz hər muğamın iki şöbəsi var.
Rast muğamı zəhmət xəzinəsidir.
Mübərriqənin Pəncgahla olması lazımdır.