51
Hüseyni bütün muğamlardan üstündür.
Dügah Mühəyyərlə bərabər gəlir.
İşrət artıran Əraq gah Ruyi-Əraqla,
Gah da Məğlubla müşayiət olunur.
İsfahandan kimsə necə baş çıxarsın?
Yolunu Neyrizə və Nişaburəkə tutdu.
Qəvval nəğməsinin içində Zəngulədən sonra
Çargahla Üzzal eyni vaxtda görsənər.
Çaldığın Üşşaq pərdəsi olsun.
Zabulda nemət var, Ovcda parıltı.
Hicaz bar gətirən xurma ağacıdır,
Segah ilə Hisar o ağacın meyvələridir.
Saz pərdəsindən Busəlik gələndə
Əşiranın və Səbanın avazı səslənər.
Rəhavi Novruzi-ərəbə ram oldu.
Novruzi-əcəm ürəyin rahatlığını apardı.
Şur dünyasında Nəva səsləndi,
Novruzxara və Mahur onun “fər’ləridir”.
Saz çalan kimi Büzürg gəldi.
Hümayunla Nəhoft onun iki pərdəsidir.
Kuçik muğamını bilirsənsə, bil ki,
Rəkəb ilə Bayatıda beyt oxuyursan.
ÜÇÜNCÜ BAB
Altı avaz haqqında
Hər iki muğam bir-birinə meyilli olduğundan onların arasından bu qay-
da ilə bir avaz meydana gəlir:
Mütrib nəğməni çalmaq üçün ayağa qalxır,
Novruzla, Güvəştlə, Səlməklə başlayır.
Dedim ... (?)
Mayenin başına dolanıb Şahnazı çalır.
Altı avazın hər biri öz yerindədir.
İsfahan ilə Zəngulədəndir Səlmək.
Rast da Üşşaqla yekdil olanda
Gərdaniyyə hər ikisindən hasil olur.
Hicaz həmdəmi Səba ilə gəldi,