56
vi:
dim-tələln-təna-hey-yar-dər-ley-tən-dərna;
Nəva:
tən-dərna-tən-dərə-
dim-dim-la-la-la-la-la-la-təni-tən;
Büzürg:
dərə-dərna-təni-dərna-dərna-
ta-lənn-dim-dim-dim-dər-la-yələ-yələ-yələ-lim-ətər-la-yələ-la-hey-yar-həni;
Səfahan:
dərna-bar-dərna-yələ-yələ-yələ-təni-tən-dərə-dərna;
Əraq:
tən-
tən-tən-tənənə-təna-dim-dərna-dim;
Zəngulə:
tənəna-tən-tələlən-mar-dərə-
dim-dərna-ətər-la-yələ-la-dərna-tən-dərna-tənənə-nə-təni;
Hicaz:
dərə-na-
nə-tən-dərna-ey-yar-ma-hey-yar-tən-dərna-tən-nənə-təna-tən;
Kuçik:
(?).
Xacə külliyyatı tamamladı.
ON ÜÇÜNCÜ BAB
Şədd
1
haqqında
Bil ki, şəddlərin sayı dörddür. Birinci şədd rastdır, ikinci şədd dügahdır,
üçüncü şədd müxalifdir və dördüncü şədd çahargahdır.
Çalğıçı ya xanəndə çalıb-oxumağa başlayan zaman bu elmin ədəb-ər-
kanına, tərtibinə və qaydasına görə əvvəl birinci şədd
2
olan dügahı ifa edər,
ondan hisara gedər, hisardan dügah ilə hüseyniyə gedər, ondan əşirana gedər,
ondan mühəyyərə gələr, kuçiki ifa edər, oradan büzürgə gedər, ondan nov-
ruzi-əcəmə, ondan hüseyni ilə dügaha gedər və şədd edər. Bu tərtib musiqi
elminin böyüklərinin qoyduğu bir qaydadır.
Rast deyilən ikinci şədd. Muğamatçı əvvəl rast şəddini ifa edər, ondan
pəncgaha qayıdıb səlməki ifa edər, ondan isfahana, ondan neyrizə və yenidən
rasta gələrək üşşaqı ifa edər, ondan nəvaya gedər, ondan mahura, mahurdan
bayata gedər və ondan nəvaya gəlib üşşaqı ifa edər və nişaburəkə gedər, on-
dan novruzi-ərəbə gedər, ondan bəstənigara, ondan mahura və yenə də pənc-
gaha gedər və rasta gəlib şəddi ifa edər.
Üçüncü şədd müxalifdir. Müxalif şəddini ifa edib əraqa gedər, ondan se-
gaha qayıdaraq hicaza gedib gərdaniyyəyə gələr və gərdaniyyədən əraqa gedər
və müxalifdə şəddi ifa edər.
1
Şədd (eləcə də şod, şüd) – Orta əsr Şərq musiqisinə aid ən çox mübahisə doğuran istilahlardan
biridir. 1) musiqidə bir havanın ən ucadan, zildən oxunan yerinə deyilir. Bax: R. Zöhrabov.
Muğam”. Bakı – 1991. s.168; 2) musiqi sırası, düzümü (“muzıkalnıy stroy”), səs quruluşu,
strukturu (“zvukovaya struktura”). Bax: Г.Шамилли. “Классическая музыка Ирана”. Moсква
– 2007
г. 3) Müxtəlif qədim mənbələrdə isə (“Came’ül-əlhan”, “Bürhani-qate”, “Məqasidül-
əlhan” və s.) dövrləri, bəhrləri və pərdələri belə adlandırardılar.
2
Burada uyğunsuzluq müşahidə olunur, çünki bundan əvvəl, əlyazmanın həmin səhifəsində
birinci şədd “rast”, ikinci şədd isə “dügah” adlandırılmışdır.