57
Dördüncü şədd çahargahdır ki, ona “ruh şəddi” də deyərlər. Əvvəl ça-
hargah şəddini ifa etməli, ondan əraqa getməli və çahargaha qayıtmalı, ondan
novruza getməli, ondan büzürgə gəlməli və üzzala getməli və çargaha gəlmək
istəsə zənguləni ifa edər, rəkəbə gələr, ondan bayata, ondan nişaburəkə, on-
dan əraqa gedər və ondan müxalifə və pəncgaha gedib ifanı başa vurar.
Bütün mələklər bir ahənglə Uca Tanrının təsbihi ilə məşğuldur və adıçə-
kilmiş dörd şəddin hər birisi mələklərdən birinin adına bağlıdır: dügah – Cəb-
rayıla (ə), rast – Mikayıla (ə), müxalif – İsrafilə (ə), çargah – Əzrayıla (ə).
Bunları da bilməliyik ki, həzrət Musa (ə) üşşaq pərdəsində minacat oxu-
du, həzrət İsa (ə) rəhavi pərdəsində minacat söylədi, həzrət Davud Zaburu
hüseyni pərdəsində oxudu, həzrət Məhəmməd peyğəmbər (s) də rəhavi pərdə-
sində tilavət buyurdu, həzrət əmirəlmöminin Əli ibn Əbu Talib (ə) əcəm muğa-
mında Qur’an oxudu, həzrət Nuh (ə) segahda nohə oxudu, həzrət İbrahim (ə)
Nəmrudun odunda yananda nəvada minacat oxudu, həzrət İsmayıl (ə) qurban
kəsildiyi vaxtda büzürg muğamında minacat oxudu, həzrət Yusif (ə) quyunun
dibində olarkən əraqda minacat oxudu, həzrət Süleyman (ə) hüseyni ahəngin-
də tərənnüm etdi və məsum imamlar həzrətlərinin (ə) əksəriyyəti Qur’anı nov-
ruzxara muğamı üstündə oxudular.
ON DÖRDÜNCÜ BAB
Adamların qulaqlarına xoş gəlmək üçün günün hansı vaxtında hansı
muğamın oxunması haqqında
Bunları da bilməliyik ki, Günəşin çıxdığı zaman Üşşaq, Zabul, Ovc, Rə-
havi və Novruzi-ərəb oxunar, səhər açılanda Əraq, Hüseyni, Mahur və Gər-
daniyyə, günortaya qədər Hicaz, Nəhoft, Hümayun və Bəstənigar, günorta
vaxtı Segah, Məğlub və Gərdaniyyə, iki namaz arası Neyriz, Nişaburək, Ça-
hargah, Hicaz və Kuçik, əsr vaxtı Rəhavi, Bəstənigar və Şahnaz, şam vaxtı
Üşşaq, Ovc və Zabul, xiftən vaxtı Busəlik, Şahnaz, Səlmək, Rəkəb və Bayatı,
gecə namazı vaxtı Şahnaz, Zəngulə və Hicaz, gecəyarısı Büzürg və Rəhavi və
sübh vaxtı Rast ilə Pəncgah oxunar.
Bundan başqa hansı muğamın kimlərə xoş gəldiyini və hansı tayfaya mən-
sub olduğunu da bilməliyik. Beləliklə, Rast qələm əhli üçün, Segah hərbçilər
üçün, Çahargah hindlilər üçün, Hüseyni ilə Dügah qadınlar üçün, Novruz
rumlular üçün, Müxalif xorasanlılar üçün, Üzzal ilə Çargah cavanlar üçün,
Pəncgah ilə Nişaburək qırmızısifətlər üçün, Üşşaq ilə Nəva ağsifətlər üçün, Se-
gah ilə Hicaz yaşlılar üçün, Zəngulə ilə Neyriz isə cahillər üçün oxunmalıdır.