63
Bismillahir-rəhmanir-rəhim
Heç olarmı ki, meyxanaların qapılarını açsınlar?
Bizim işimizin bağlanmış düyününü açsınlar?
Əgər xudbin zahidin istəyinə görə bağlayıblarsa,
Ürəyini bərk tut ki, Allahın xatirinə açsınlar
1
.
Bil ki, bu risalə musiqi elminin haqqındadır və burada ona aid bilgilər
seçilib toplanmışdır. Şirindil ustadların sözündən və bilik sahiblərinin dilindən
ki, bu qəribə fənnin elm ilə əməlinə onlardan yaxşı bələd olan tapılmaz, qeydlər
apararaq muğamatın əslini və onun necə yarandığını öyrənib bilənə qədər bu
fateh ruhun qidalanmasına öz dəyərli vaxtımızın müəyyən anlarını xərclədik.
Muğamatşünas alimlər bu qəlb ilə canı əziyyətə salan, pak və rəvan fənnin yol-
larını bəyənilmiş ahəng və seçilmiş üsula görə bablar üzrə tərtib edib əbvablar
üzrə bəzəyiblər və xüsusilə pakların pakı şeyxülislamın oğlu, əzəmət ilə səadət
sahibi Xacə Yusifin şagirdi, əslən Cam vilayətinin Zirabad kəndindən olan us-
tadların ustadı, elm ilə əməldə tayı-barabəri olmamış Fəzlüllah Nayinin dilin-
dən eşidilib ki, bu məşhur risalənin binası on iki bab üzərində qoyulmuşdu.
Babların siyahısı:
Birinci bab.
On iki muğamın peyda olması haqqında.
İkinci bab.
İyirmi dörd şöbənin haqqında.
Üçüncü bab.
Altı avazənin haqqın-
da.
Dördüncü bab.
Şöbələrin muğamlardan alınması haqqında.
Beşinci bab.
Daha altı avazənin muğamlardan alınması haqqında.
Altıncı bab.
Üsulun peyda
olması haqqında.
Yeddinci bab.
Üsulun doqquz bəhrinin yaranması haqqın-
da.
Səkkizinci bab.
Üç bəhrin artırılması haqqında.
Doqquzuncu bab.
Daha
beş bəhrin artırılması haqqında.
Onuncu bab.
Müxtəlif üsulların peyda olması
haqqında.
On birinci bab.
Müxtəlif rənglər haqqında.
On ikinci bab.
Mahnıla-
rın müğənnilər tərəfindən oxunması haqqında.
1
Bu misraların müəllifi məşhur İran şairi Hafiz Şirazidir. Burada və bundan sonra şeirlərin sətri
tərcüməsi verilmişdir.