64
BIRINCI BAB
On iki muğamın haradan peyda olması haqqında
Bil ki, muğamların peyda olması haqqında çoxlu sözlər söylənilmişdir. On-
lardan biri odur və ustadların əksəriyyəti də o fikirdədir ki, Əflatun on iki bür-
cün hərəkətindən bu tərtiblə on iki ahəng eşitmişdir: Rastı – Qoçdan, İsfahanı –
Buğadan, Əraqı – Əkizlərdən, Kuçiki
1
Xərçəngdən, Büzürgü – Şirdən, Hicazı
Sünbüldən
2
,
Busəliki
3
Tərəzidən, Üşşaqı – Əqrəbdən, Nəvanı – Oxatandan,
Hüseynini – Oğlaqdan, Zənguləni – Dolçadan və Rəhavini – Balıqlardan. Bun-
dan sonra o, bir tənbur düzəldib bu alətdə avazələr ilə ahəngləri səsləndirdi ki,
bu da bütün dünyada məşhur oldu. Başqa bir söz var ki, Həzrət Musa (ə) Nil
çayına yetişəndə bu çayın ortasında bir daş gördü. Bu zaman Cəbrayıl (ə) gəlib
dedi: – Ey Musa, bu daşı götür. Ondan sonra Həzrət həmin daşı oradan götür-
dü. Bir gün o, öz qövmü ilə səhraya yetişdi və qırx gün o səhrada qaldı. Qövmü
susuzluqdan əziyyət çəkirdi və Həzrət Musa (ə) minacat oxudu. Maliki-Cəlilin
buyruğu ilə Cəbrayıl gəldi və dedi: – Əsanı o daşa vur. Sonra Həzrət əsasını o
daşa vurdu və daşdan bir saf bulaq peyda oldu. O bulaqdan on iki təmiz və səfalı
qol ayrıldı və hər qolun özunəməxsus avazı var idi. Cəbrayıl dedi: – Ey Musa,
bu avazları yadında saxla və qoru. Bundan sonra bu avazların Musa (ə) tərəfin-
dən yadda saxlanması məşhur oldu. Bu söz səhihdir və on iki muğamın tərtibi
deyildiyi kimidir, amma onların öndə və sonda gələnləri haqqında bəziləri belə
deyirlər ki, üşşaq, bu şeirdə söyləndiyi kimi, birincidir
Şeir:
Üşşaq Hüseyninin yataq yeridir, Rast isə
Busəlikin, Rəhavinin və Nəvanın pərdəsindədir.
Büzürg İsfahanı və Əraqı gəzəndə
Zəngulə Hicazın və Kuçikin içindədir
və onun vüsəti digər muğamlardan artıqdır. Xacə Əbdülqadir öz külliyya-
tında rastı əvvələ salaraq onun adını ümmül-ədvar
4
qoymuşdur. Xacə bütün
muğamların qayıdışını rast nəğməsinin üzərinə gətirmiş və elə bu səbəbə görə
onu yekgah adlandırmışdır. Bəziləri rastdan sonra üşşaqı ifa edərlər, amma
həqir
5
deyirəm ki, hər nə qədər olsa da, bunların pərdələri bir-birinə yaxındır.
İsfahanın rənglərini səsləndirirlər və hicazdan sonra əraqı deyildiyi tərtiblə,
1
Bu muğam Azərbaycanda Zirəfkənd adı ilə məşhurdur.
2
Sünbüldən – Qız bürcü
3
Bu muğamın digər adı Əbu Salikdir.
4
Ümmül-ədvar – dövrlərin (muğamların) anası
5
Həqir – kiçik, hörmətsiz. Yaşadığı dövrün ədəbi ənənələrinə uyğun olaraq müəllif özünü belə
adlandırır.