67
ÜÇÜNCÜ BAB
Altı avazənin haqqında
Bil ki, on iki muğam peyda olandan sonra o vaxtın ustadları dedilər ki,
buradan nəsə əldə etmək olar. Bundan sonra onlar bir-birilə razılığa gəlib hər
iki muğamın arasından bir avazəni çıxartdılar. Həmin altı avazənin adları bun-
lardır: birinci – gərdaniyyə, ikinci – şahnaz, üçüncü – güvəşt, dördüncü – nov-
ruz, beşinci – səlmək, altıncı – mayi. Bu barədə nəzm:
Müğənni, Gərdaniyyəni yad et, yad!
Bu qəmli qəlbi Şahnaz ilə şad et!
Bir Güvəşt oxu ki, saralıb solmuş xəzanım
Novruzun vəcd ilə səfasına həsəd aparsın.
Səlmək və Mayi ilə bizi cuşa gətir ki,
Qəlbin xarabalıqları yenidən abadlaşsın.
Canına qurban olum, ay Bəlxin şux qızı!
Dodaqlarındakı şəkərlə bizi bu acılıqdan azad et.
Müğənni, səndən başqa pənahım yoxdur.
Vəfa yoluna gəlib zülm ilə ədalətsizliyi tərk et.
Gözəllərin qəmini yox etmək üçün əlini çəng ilə neyə vur,
Çünki ah-fəryad çəkən tək mənəm.
Hal-hazırda mənəm Məcnunun varisi,
İndi dünyada Fərhadın yolunu gedən mənəm.
Bir nəğmə oxu ki, sənə salam olsun!
Bu murdar dövranın bidadından
1
yüz dad!
Müğənni, dövrana qarşı mehriban ol,
Çünki küləkdir bu bərbadlığın səbəbi.
1
Bidadından – zülmündən