70
Rəhavinin sərtliyindən və Büzürgün yumşaqlığından
Füsunkar səsli Şahnaz alındı.
Üşşaqın yumşaqlığından və Rastın sərtliyindən
Məclis bəzəyən Gərdaniyyə alındı.
İsfahanın yumşaqlığından və Zəngulənin sərtliyindən
Gözəl hava ilə Səlmək peyda oldu.
Busəlikin sərtliyindən və Hüseyninin yumşaqlığından
Bundan sonra Novruz peyda oldu.
Fərəh bəxş edən aşkar Güvəşt
Əraqın yumşaqlığından və Nəvanın sərtliyindəndir.
Kuçikin sərtliyindən və Hicazın yumşaqlığından
Zövq gətirən səslə Mavərannəhr ortaya gəldi.
ALTINCI BAB
Üsulun peyda olması haqqında
Bil ki, üsulu Adəmin nəbzindən alıblar, çünki Adəmin nəbzi deyəndə ağıla
tən-tən-tən gəlir. O təni götürdülər və həm də üsula zərbülqədim adını qoydu-
lar. O da ustadların dilində ikinəqrəlidir
1
,
yəni iki nəqrə o deməkdir ki, tən-tən
olsun.
1
İkinotludur