71
YEDDINCI BAB
Müxtəlif üsullar haqqında
Bil ki, bir neçə il keçəndən sonra meydana gəlmiş yeni ustadlar bir-birilə
razılığa gəldilər ki, bu üsulu başqa şəkildə oxusunlar. Bundan sonra qərara al-
dılar ki, filan gün, filan saatda hamı bir yerdə və bir məclisdə yığışsın və hərəsi
öz üsulunu oxusun. Getdilər, məşq etdilər, sonra da vəd etdikləri gün bir yerə
toplaşdılar, hər birisi özünün ixtira etdiyi üsulu oxudu, hamı bir-birinin işini
və fənnini bəyəndi və nəticədə daha beş üsul əlavə olundu: birinci – müstərəh,
ikinci – ovf, üçüncü – dübəryek, dördüncü – türki, beşinci – zərbi-müxəmməs
və bunlar zərbi-qədimlə birlikdə altı bəhr oldular. Bu barədə mənzumə:
Gül çöhrəli saqi, qənimət anıdır həmin an.
Dünya göstərən camı gətir, Cəmi yad et.
Eyş bizə nəsib oldu, taxt-tac Cəmşidə
1
.
İşrətin növbəsi sondan önə keçdi.
Bu aləmdə mənə kasadakı şərabdan başqa heç nə nəsib olmadı.
Mənim ömrüm Adəm ilə Xatəmdən
2
olsa da,
Həyatın xoş içkisi mənə Kavusun
3
səltənətindən xoşdur.
Ay saqi, əgər şərabla dolu qədəhi mənə uzatsan,
Bu, mənim üçün bütün var-dövlətdən də xoş olar.
Olaram bu zəmanənin böyük Xosrovu
4
.
Tut əlimdən, ay yasəmən sinəli nigar!
Badə ilə məni daim yerə yıx ki,
Qəlbim ayıq, özüm isə məst olum.
Sənin qarşında ürəyimin sirrini açım.
Ay saqi, bağrım qan içindədir, çünki bir dost görmədim ki,
Onun ürəyində bir təskinlik tapım.
Ay mütrib, xoşahəng səslə bir nəğmə oxu.
Qəm çəngindən qamətim bükülüb.
Məhəbbətin ifratçılığından gələn ikibaşlı işarədən
Dərin və kəramətli mənanı kəşf edim.
Muğamatın hissələri olan o beş üsul
Bu zəmanədə cism halına girdi.
1
Əfsanəyə görə İran hökmdarı Cəmşidin bir camı (qədəhi) varmış və həmin camda bütün dünya
əks olunurdu. Bu cama cami-Cəm deyərdilər.
2
Xatəm – Xatəmülənbiya, Məhəmməd Peyğəmbərin (s) ləqəbidir.
3
Kavus – İranın Sasanilər sülaləsinin 2-ci şahı olmuşdur.
4
Xosrov – Xosrov Ənuşirvan İranın Sasanilər sülaləsinin 21-ci şahı olmuşdur.