75
ONUNCU BAB
Müxtəlif üsullar haqqında
Bil ki
,
on yeddi üsul bəhrindən sonra yenidən müxtəlif üsullar peyda ol-
muşdu. Bu üsulların əsasında işlər görülmüş və əsərlər bəstələnmişdi. Sezərb,
düzərb, rəcəzi-xəfif, digər üsullar da mövcuddur, o cümlədən xarəzmi adı ilə
məşhur, lakin onlar haqqında yazmağın sonucu uzatma olardı.
ON BIRINCI BAB
Müxtəlif rənglər haqqında
Bil ki, rənglər çoxdur, onlar müxtəlif dəyişikliklərə uğramışdılar və bu
fəqirə çatan muğamların və şöbələrin adları bunlardır: birinci – dügahi-rast,
ikinci – sipəhri, üçüncü – nigar, dördüncü – nigarinək, beşinci – isfahanək, al-
tıncı – müxalif, yeddinci – müxalifək, səkkizinci – aludə, doqquzuncu – əraq,
onuncu – çargahi-üzzal, on birinci – çəkavək, on ikinci – zənburək, on üçün-
cü – zirkeş, on dördüncü – sarənc, on beşinci – əşiran, on altıncı – dügah,
on yeddinci – hicaz, on səkkizinci – neyrizi-kəbir, on doqquzuncu – neyriz,
iyirminci – nəhavəndək, iyirmi birinci – bəstənigar, iyirmi ikinci – zirəfkəni-
yi-büzürg, iyirmi üçüncü – zirəfkəniyi-kuçik, iyirmi dördüncü – nəva, iyirmi
beşinci – heydəri.