78
Əşiranın və Səbanın avazı səslənər.
Qəvval nəğməsinin içində Zəngulədən sonra
Çargahla Üzzal eyni vaxtda görsənər.
Saz çalan kimi Büzürg gəldi.
Hümayunla Nəhoft onun iki pərdəsidir.
Hər əsl muğamdan iki şöbə bəyan oldu.
İndi tədbir görmək üçün yüyən çəkilməlidir.
Bu qayda ilə sıranı axıradək yazdım.
Əkdiyim toxumların barını sən yığ.
Altı avazənin hər biri öz yerindədir.
İsfahan ilə Zəngulədəndir Səlmək.
Rast da Üşşaqla yekdil olanda
Gərdaniyyə hər ikisindən hasil olur.
Busəliklə Hüseyni iki gözümdür,
Gözümün nurunun mənbəyi isə Novruzdur.
Nəva Hicazla peyvənd oldu,
Güvəştin üzündən rübənd düşdü.
Əraq və Kuçik o əsldir ki,
Mayi
1
üstünə ayağın palçığını gətirər.
Şahnazın əsli Büzürg ilə Rəhavidir.
Bir anda mən rahat oldum.
Bu yerdə bu xoş risalə başa çatdı,
Mənim qəlbim sevinclə doldu.
Şad bir gündə, hümayun bir vaxtda
Bu ürəyəyatan və xoşməzmunlu iş sona yetdi.
Ağıllı, bilikli və safniyyətli hər kəs
Bu işdən lazımınca faydalana bilər,
Yazdığı vaxtda çəkdiyi zəhmətə görə
Katibə rəhmətin ardınca rəhmət oxuyar.
Bunu yazdım ki, yadigar qalsın.
Mən qalmasam da, xəttim əbədi qalsın.
Musiqi risaləsi 1308-ci ilin ziqədə ayının 16-da
2
tamamlandı.
1
Ma – su
2 23
iyun 1891 – Əsərin naməlum katib tərəfindən köçürmə tarixidir. Təəssüf ki, risalənin müəllifi
və yazılma tarixi haqqında əlyazmada heç bir məlumat verilməmişdir.