18
Dər məqami-mühəyyər
Dari-həsrətdir bu dünya,
Ağla daim zar-zar.
Göz yəşilə yərlığa məhrumləri,
Ey qəni Pərvərdigar!
Varlığı bənzər cəhanın
Bir örümçək ağinə.
Çün ədvası eylər anı
Bin nəfəsdə tarümar.
Bu dünyanın hasilindən
Bir əyü adaşla gəl,
Ta düadə anlasın
Həşr olıncak ruzigar.
Padişahi əsrisində
İrişür bir gün əcəl.
Böylə verür mali-mülkin
Qul xəlayiq nigəh var(?)
Ya İlahi, gecitdi ömrim
Nurinün üsyaninə.
Qılmadı artuq rəcası,
Fəzlinədür intizar.
Dər məqami-mühəyyər
Görməzmisin güni, ayi
Dövran edər eşq əlindən.
Mələklər ərşü ə’layi
Cövlan edər eşq əlindən.
Məqsudə irən dərvişlər
Həqqə eşqlə irmişlər.
Məcnunun başinə quşlər
Yuva tapdı eşq əlindən.