Bu nəşr Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunda Б-1236 şifri altında saxlanılan əlyazmanın əsasında
hazırlanmışdır. Kitabda muğam üstündə oxumaq üçün naməlum tərtibçinin topladığı
ərəb əlifbası ilə yazılmış türkcə şeir nümunələri təqdim olunur. Pirinin, Hüdayinin,
Yunus Əmrənin, Zakirinin, Dərviş Osmanın, Qasiminin, Əşrəf oğlu Ruminin,
Əhmədin və digər məşhur Osmanlı türk şairlərinin şeirlərinin toplandığı əlyazmanın
mətni həmin əsərlərin digər mənbələrdə olan mətnindən müəyyən dərəcədə fərqlənir.
Hazırkı nəşrdə əlyazmanın mətni dəyişikliyə uğramadan təqdim edilib.
Fars dilindən tərcümə edən və şərhlərin müəllifi:
Hacı Rauf ŞEYXZAMANLI
Redaktor:
Möhsün NAĞISOYLU,
filologiya elmləri doktoru
Elmi məsləhətçi:
Paşa KƏRİMOV,
filologiya elmləri doktoru