65
Hər əmrin tədbir eyləyən,
Əşyayə tə’sir eyləyən,
Canü təni bir eyləyən
Ehsan cənabündən sənün.
Sana Hüdayi, ey Kərim,
İstər sirati-müstəqim.
Sənsin çün Rəhmanür-rəhim,
Ehsan cənabündən sənün.
Məqami-busəlik
Ey nəfsüm, olmə əhli-şər,
İnsafə gəl, insafə gəl.
Qurı həvaisə yetər,
İnsafə gəl, insafə gəl.
Şol ki, toğrı getmədi,
Fərmani-Həqq dutmədi,
Əmmi ziyan fərq etmədi,
Heyvandür, bəl kəm əzəll.
Buyruğı yerinə yetür,
Ehmali-qəvayişün bitür,
Həqqə təmam iman gətür,
İxlasilə eylə əməl.
Əstəğfürüllahül-əzim,
Min külli mala yüstəqim,
Əntəl-kərim, əntər-rəhim,
İğfir ləna yövməz-zələl.
Ey qadirü fərdü əhəd,
Eylə Hüdayiyə mədəd,
Nəfs olmasun ortadə sədd,
Ehsaninə eylə həməl.