74
Məqami-üzzal
Ey kərəm kanı, ey qəni sültan,
Umarüz səndən qullərə ehsan.
Fəzlünə hədd yok, lütfünə payan,
Umarüz səndən qullərə ehsan.
Bəndənin gərçi cürmü artukdur,
Leykə sən şahsin, rəhmətün çokdur,
Asilər üçün qəpun açukdur,
Umarüz səndən qullərə ehsan.
Lütfin olmazsə bu günahkarə,
Yüzmi vardır sana yəlvarə?
Fəzlinlə qıl dərdümə çarə,
Umarüz səndən qullərə ehsan.
Ol gədalər kim, qəpunə gəldi,
Zarilər qılub sana yəlvarür.
Sana yəlvarmək dövlətin buldı,
Umarüz səndən qullərə ehsan.
Nuri-miskinin eşqinə düşdi,
Cümleyi-əhli-dərdə qavuşdi,
Nari-eşqinlə neçəsi bişdi,
Umarüz səndən qullərə ehsan.
Nəva
Masiva qeydindən et bizi xilas,
Qüdrətə qayət yok, Allahüm, mədəd!
Fəzlinlə eylə əhli-ixtisas,
Qüdrətə qayət yok, Allahüm, mədəd!
Sanki asan məhvi-isbat eyləmək
Ərşü fərşü ərzü səməvat.
Nolə olsa əsli-zat eyləmək,
Qüdrətə qayət yok, Allahüm, mədəd!