94
Sənünlə irdilər zatə,
Dəxi ənva’i-ləzzatə.
İşün ərbabi-hacatə
Ətadür, ya Rəsuləllah!
Hüdayiyə şəfaət et,
Əgər batin, əgər zahir.
Qəpunə intisab etmiş
Gədadür, ya Rəsuləllah!
Əcəm
Əlimüz tutub gözimüz görərkən
Səndən qeyriyə möhtac eyləmə bizi.
Canüm təndə, dilüm zikrüni okurkən
Səndən qeyriyə möhtac eyləmə bizi.
Məasi bəkrindən qıl bizi ixrac,
Barani-rəhmətün üstimizə saç,
Yerdə, gögdə nə var, həp sanki möhtac,
Səndən qeyriyə möhtac eyləmə bizi.
İqazi-qəlb et, toğrı yolə varəlüm,
Əmanətün iman ilə verəlüm,
Sən var ikən, biz kimə yəlvarəlüm,
Səndən qeyriyə möhtac eyləmə bizi.
Zakiri, sözini eylə müxtəsər,
Məad içün var gətürmə həzər,
Əmrünlə ruhüm olə müxtəsər,
Səndən qeyriyə möhtac eyləmə bizi.