205
Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yan-
varın 17-də Təşkilat Komitəsi yaradıldı və onun sədri Mehriban Əliyeva təyin olundu.
2012-
ci ildə hər bir Bakı sakini Mehriban xanımın “Eurovision” Mahnı Müsabiqəsinin
uğurla keçirilməsi naminə səylərinin şahidi idisə, indi hamı onun 2015-ci ildə Bakıda
keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işlərində gərgin fəaliyyətinin şahididir.
Artıq Birinci Avropa Oyunlarının xarici ölkələrdə təqdimatına başlanılıb. 2014-cü ilin
iyulunda Fransanın Kann şəhərində Birinci Avropa Oyunlarının təqdimatını keçirdik.