Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələr intensiv şəkildə inkişaf edir.
Ölkələrimiz və xalqlarımız bir-birinə qarşı isti münasibətlər bəsləyir, onların bir çox ortaq xüsusiyyətləri
var və bu çox sevindirici bir haldır. Azərbaycanda Macarıstanı yaxşı tanıyırlar. Bizim ərzaqlarımız, «Ikarus»
avtobusları, «Richter Gedeon» və «Egis» əczaçılıq şirkətlərindən dərmanları burada yaxşı tanınır.
Bizim ikitərəfli münasibətlərin inkişafı çoxsaylı yüksək səviyyəli səfərlərlə sübut edilir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə Budapeştə olub və Macar siyasətçiləri, hökumət
rəsmiləri də tez-tez öz azərbaycanlı həmkarlarını ziyarət edirlər.
Macarıstan Respublikasının Azərbaycandakı səfiri təyin olunmamışdan əvvəl, iki ölkə arasında ikitərəfli
münasibətlərin bərpa edilməsi üçün mənim təşəbbüsümlə Azərbaycanda Macarıstan Respublikasının fəxri
konsulluğunun açılışı olmuşdur və mən bununla çox qürur duyuram. Səfir təyinatından əvvəl buraya üç
dəfə səfər etmişdim. Bu zaman mən xüsusilə şəhərin xoş aurasını və Azərbaycan xalqının qonaqpərvərliyini
xatırlayıram. Səfərlərin birində, mənə Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə şəxsən görüşmək
şərəfi qismət oldu və mən onun inanılmaz müdriklik və uzaqgörənliyinin şahidi oldum. Bu gün isə biz onun
adını daşıyan və ruhunun kiçik bir hissəsini özündə əks etdirən fond ilə birgə layihələr üzərində işləyirik.
Bu mənim üçün böyük bir şərəfdir!
Bizim xalqlarımız bir-birinə çox bənzəyir. Bizim xalqımız da çox qonaqpərvərdir və macarlar qonaqları
çox sevir. Bizim Avropada olduğumuz yeri nəzərə alsaq, du olduqca maraqlı bir müşahidədir. Tarixən,
Azərbaycan və macar xalqı həmişə dost olmuşdur.
Bizim münasibətlərimizdə yalnız bir çatışmamazlıq vardı və mən onu aradan qaldırmaq istədim: bu
vaxtadək bizim xalqlarımızın mətbəx bacarıqlarını hər iki dildə əks etdirən bir kitab nəşr olunmamışdır.
Fikrimcə, hamı yeməyi sevir, lakin qida yalnız bədənin fiziki ehtiyaclarını təmin etmək üçün deyil, yemək
-
insan üçün bir sevincdir, yaxşı bişirilmiş yemək adi bir günü bayrama çevirə bilər.
İlk Azərbaycan-Macarıstan yemək kitabını tərtib etmək mənim üçün heç də çətin olmadı. Mən həm
yeməyi həm də bişirməyi xoşlayıram və həmçinin bir-birinə çox yaxın olan Azərbaycan və Macar mətbəxini
hədziz çox sevirəm.
Kitabın tərtib olunmasında mənə Azərbaycan və Macar dostları kömək göstərdilər: «Azərsu», «Richter
Gedeon» və «Egis», mənim kiçik qardaşım Kristof Aranyoşi, Macarıstan Turizm Agentliyi.
Kitabın hazırlanmasında ən böyük dəstəyə görə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevaya və Fondun kollektivinə minnətdarlığımı bildirirəm.
Hamınıza nuş olsun!
Jolt Çutora
Səfir