107
Rixard Vaqner
Mənim həyatım
kiçik və kifayət qədər pis akustikaya malik zalında dözülməz dərəcədə gurultulu
səslənirdi. Artıq mənim altı şeypurlu “Kolumb” uvertüram dinləyiciləri dəhşətə
gətirmişdi, sonra ağlasığmayan gəlir əldə etmək həvəsi ilə başdan-ayağa instru-
mental dəbdəbə ilə bəzədiyim Bethovenin “Vitoriya döyüşü”nün növbəsi çatdı.
Həm fransız, həm də ingilislər tərəfindən silahlı, toplu atəş xüsusi konstruksiyaya
sahib dəyərli maşınların köməyi ilə mükəmməl yerinə yetirilmişdi, barabanların
və siqnal borularının sayı ikiqat, üçqat artırılmışdı. Və heç vaxt heç bir konsertdə
tüğyan etməmiş döyüş başladı və orkestr aydın güc üstünlüyü ilə azsaylı audi-
toriyaya elə hərarətlə yönəldi ki, insanlar müqavimət göstərmədən qaçmağa üz
tutdular. Mənə olan hörmətdən konserti ilk sıradan izləyən xanım Şreder-Devrien
bu cür dəhşətlər görməyə alışmış olsa da, mənə rəğbət bəsləsə də, bu qarışıqlı-
ğa dözə bilmədi. Nəhayət, o da ingilislərin fransız mövqelərinə yeni ümidsiz hü-
cumu zamanı az qala qaçaraq uzaqlaşanda bu ümumi təşviş dəhşət üçün siqnal
oldu. Çıxışa doğru axın başladı və Vellinqtonun qələbə bayramı mənim dirijor-
luğum altında orkestrin intim izharına çevrildi. Bu diqqətəlayiq musiqi bayramı
belə bitdi. Şreder-Devrien xoş məramının uğursuzluğuna heyfslənərək və məni
dostluq hissi ilə öz taleyimin öhdəsinə buraxaraq dərhal şəhəri tərk etdi. Mən isə
məyus olmuş sevgilimin yanında təsəlli tapmağa getdim və səhəri günün döyüşü
üçün silahlanmağa çalışdım. Çox yəqin, bu döyüş də qalibiyyət simfoniyası ilə
bitməyəcəkdi. Səhər nömrəmə qayıdanda hər biri öz xüsusi işlərinə görə meh-
manxanaya dəvət olunmuş xanımların və cənabların uzun ikili sırasından keçib
getməli oldum. Ziyarətçilərimin arasından yalnız bir neçəsinə diqqət yetirib növbə
ilə söhbətləşməyə haqqım çatdığını hesab edirdim. Əvvəla, xəzinəyə və musiqiyə
rəhbərlik edən ikinci şeypurçunu otağıma ötürdüm. Onun hesablarına görə əliaçıq
vaxtımda orkestrə vəd etdiyim yüksək qonorarla yanaşı ödəmək üçün öz cibimdən
də bir neçə taler və zilberqroş verməliydim. Bu işi bitirəndə vəziyyət aydınlaşdı.
Sonra etibarımı qazanmış yəhudi madam Qotşalkı dəvət etdim ki, nəzərdə tutulan
təxirəsalınmaz işlər barədə razılaşmaya gələk. O, anlamışdı ki, Leypsiqdəki varlı
tanışlarım sayəsində təcili dəstəyə ümid etmək olar və nəzakətsizlikləri ilə onu
əsəbiləşdirən digər kreditorların arasında sakitləşdirici xəbərlər yaymağa başladı.
Nəhayət, xeyli çətinlikdən sonra dəhlizi və otağımın qapısının ağzını dolduran
adamları bu üsulla təmizləyə bildim.
58
Teatr mövsümü bitirdi, cəmiyyət dağılmağa üz tuturdu, mən isə vəzifəmdən
azad olunmuşdum. Teatr direktorunun iflası xronikidən kəskin hala keçdi. O, ka-
ğız pullar və baş tutacağını qabaqcadan vəd etdiyi tamaşalara biletlərlə ödəniş