Rixard Vaqner
Mənim həyatım
106
57
Lakin bu teatr mövsümünün əsas hadisəsi sonda baş vermişdi. Mən
Leypsiqdə oxuyan xanım Şreder-Devrieni bir neçə qastrol üçün teatrımıza dəvət
edə bilmişdim. İndi mənim bəxtimə iki dəfə böyük ruh yüksəkliyi ilə onun oxudu-
ğu operalara dirijorluq eləmək zövqünü yaşamaq düşmüşdü. Beləliklə, bu qadınla
birbaşa sənət əməkdaşlığına nail olmuşdum. O, Dezdemona və Cülyetta rollarını
ifa etmişdi. İkinci rolu ilə o, hamını elektrikləndirmiş və məni yenidən alov və
hərarətlə doldurmuşdu. Bu dəfə onunla daha yaxın, şəxsi münasibətlər qura bil-
mişdim. Özü də o mənə qarşı elə nəzakət və rəğbət göstərmişdi ki, öz iradəsi ilə
konsertdə əməkdaşlıq təklifi etmişdi. Konserti öz xeyrimə vermək istəyirdim və o,
bir neçə müddət sonra bu konsertə qayıtmaq istəyirdi. Bu şərtlərdə böyük mənfəət
gözlədiyim konsertin uğuru mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Maqdeburq
rəhbərliyinin mənə ayırdığı cılız maaş son dərəcədə qeyri-mütəmadi şəkildə və
xırda hissələrlə verildiyi üçün daha da xəyali göünürdü. Ona görə şəxsi tələblərimi
və musiqiçi, vokalçı müştərilərim üçün təşkil etdiyim qonaqlıqların xərclərini son-
da kifayət qədər ağır borc miqdarı ilə ifadə olunan yeganə yolla ödəyə bilərdim. Bu
məbləğin nə qədər böyük olduğunu aydın təsəvvür edə bilmirdim. Digər tərəfdən
isə konsertimin mümkün gəliri barədə çox yüksək fikirdəydim. Qarşılıqlı şəkildə
bir-birini yox edən iki anlaşılmazlığa baxmayaraq mən kreditorlarıma konsertdən
sonrakı gün onların payını ödəməyə imkan verən əfsanəvi gəlir ümidi ilə təsəlli
verirdim. Buna görə onları həmin gün mövsümün sonunda köçdüyüm mehman-
xanaya yığışmağa dəvət etmişdim. Əlbəttə, bunda qeyri-təbii heç nə yox idi. Bu
cür böyük, hər yerdə entuziazmla qarşılanan aktrisanın konsertdə iştirak etməsi,
xüsusilə, bu məqsəd üçün Maqdeburqa gəlməsi böyük gəlirə ümidimi artırırdı.
Konserti musiqili dəbdəbə ilə təşkil etmək üçün xərclər barədə düşünməyərək bö-
yük orkestr dəvət etdim, çoxlu məşq təyin etdim. Bəxtimdən heç kəs vaxtilə qızıl
dəyərində olan məşhur aktrisanın zavallı muzikdirektora xeyir vermək üçün Maq-
deburqa qayıdacağına inanmaq istəmirdi. Ona görə demək olar ki, hamı təmtəraqlı
elanları aldadıcı manevr hesab edir və yüksək qiymətlərdən narazılıq edirdi. Zalın
az hissəsi dolmuşdu və bu məni çox məyus etmişdi. Əvvəla, mənə dəstək olmaq
üçün tam təyin olunan vaxtda gələn və azsaylı auditoriya qarşısında çıxış etmək
kimi alışmadığı faktı yaşamağa məcbur qalan Şreder-Devrien qarşısında özü-
mü son dərəcə narahat hiss edirdim. Xoşbxətlikdən, o yüksək əhval-ruhiyyəsini
qorudu (sonradan öyrəndim ki, bunun mənə dəxli olmayan başqa səbəbləri var
imiş) və yeri gəlmişkən, Bethovenin “Adelaida”sını mənim royalda müşayiətimlə
heyrətamiz dərəcədə yaxşı ifa etdi. Konsertimin digər gözlənilməz uğursuzluğu or-
kestr üçün pyes seçimi sayəsində oldu. Onlar “London şəhəri” mehmanxanasının