105
Rixard Vaqner
Mənim həyatım
ni öz hesabına gerçəkləşdirməyi təklif etmişdi. Bundan başqa, bas Kenzelin imti-
yazlarına görə maaş alarkən sıxışdırılan heyətə vəziyyətlərinin müəyyən qədər
yüngülləşəcəyi və dəstək ümidini vermişdi. Mənə elə gəlirdi ki, pyesin özündə
bir çox yaxşı məqamlar var idi. O, böyük dənizçinin ilk səyahətindən əvvəl apar-
dığı mübarizədən və göstərdiyi səylərdən bəhs edirdi. Dram əlamətdar və nəticəsi
bütün dünyaya tanış gəmilərin Palos limanını tərketmə səhnəsi ilə bitirdi. Apel
əsərini Adolf əmimə oxumağa vermişdi və əmimin dediyinə görə, bu dramın can-
lı, xarakterik xalq səhnələri var və araya sıxışdırılmış roman onun yanında aciz
və solğun qalırdı. İkinci vətənləri Qrenadadan qovulan mavrların kiçik xorundan
və sondakı orkestr ifasından əlavə dostumun əsərinə ən yelbeyin sürətlə uvertü-
ra da bəstələdim. Onun son planını bir axşam Minnanın evində hazırladım. Bu
zaman Apelə sevgilimlə utanmadan yüksək səslə danışmağa imkan vermişdim.
Təəssüf ki, qeyri-adi dərəcədə səthi musiqi əsərinin işi sadə, lakin gözlənilməz
dönüşə malik fikir əsasında qurulmuşdu. Orkestr böyük səy eləmədən seçilmiş
fiqurasiyalarla dənizi və əgər lazımdırsa, onun üzərindəki gəmini təsvir edirdi.
Qüdrətli, qəribə və məqsədyönlü motiv dalğaların səsi üzərindən ucalırdı. Bu an-
sambl təkrarlanır, sonra qəfil yox olur, yüksək notlarda güclə sezilən skripka fi-
qurları altında dərin pianissimo ilə verilmiş fat-morqanın yad motivi ilə kəsilirdi.
Zərif çalara və ən müxtəlif modulyasiyalara malik möcüzəli, cazibədarcasına
sayrışan motivi ifa etmək üçün müxtəlif cür köklənmiş üç cüt şeypur sifariş et-
dim. Bu, qəhrəmanın iti baxışlarının sezdiyi torpaqlar idi. O, bir neçə dəfə bu tor-
paqları görsə də, oralar yenidən okeanda yox olurdu. Lakin yorulmaq bilməyən
dənizçinin keçirdiyi yüksək gərginlikdən sonra bu torpaq doğan günəşin şüaları
altında sərhədsiz gələcək ölkəsi kimi bütün dənizçilərin gözləri önünə sərildi. Bu
məqamda şeypurlarımın altısı da eyni tonallıqda birləşirdi ki, onlar üçün nəzərdə
tutulmuş motiv zəfəri qeyd edən əzəməti səsləndirə bilsin. Prussiya alay şey-
purçularının üstün keyfiyyətlərinə bələd olduğum üçün xüsusilə, son hissənin
həyəcanlandıran effektinə ümid bəsləməklə doğru qərar vermişdim. Uvertüra ha-
mını heyrət içində qoydu və alqışlarla qarşılandı. Pyesin özünü isə lazımi diqqət
göstərmədən ifa etdilər. Xüsusən, əsas rol Lüdviq Meyer adlı boş aktyor tərəfindən
korlanmışdı. O, rejissor idi və guya rolunu əzbərləməyi çatdırmamışdı. Belə desə
də, qarderobunu Kolumbun növbə ilə dəyişdiyi bir-birindən möhtəşəm kostyum-
larla zənginləşdirməyə vaxt tapmışdı. Lakin Apel öz əsərini səhnədə görmüşdü
və teatrın yenindən nümayişi təşkil olunmasa da, mənim Maqdeburq auditoriyası
qarşısında şöhrətimi artırmışdı. Çünki artıq konsertlərdə üvertüramı ifa edirdilər.