Rixard Vaqner
Mənim həyatım
104
di ki, özüm də inanmaq istəmirdim. Buna baxmayaraq Minnaya gecə ziyarətinə
getmək mənə cəlbedici fikir kimi gəldi. Xanım Qaazın hələ də orada olduğunu
görəndə məni sözlə ifadə edilməyəcək sıxıntı bürüdü. Bu fakt mənim narkotik
həyəcanlanmış partlayışlarıma gətirib çıxardı. Yaşlı rəfiqəmiz mənim səs-küylü
və nəzakətsiz davranışlarıma zarafatyana təəccübünü bildirəndə onu elə kobud
ələ salmağa başladım ki, dərhal bizi tərk etdi. Bulanan şüurumun son qalıqların-
dan, mənim hoqqalarımdan heyrətə gəlmiş Minnanın səmimi gülüşü sızırdı. Onu
heç vaxt tərk etməyən sakitliyi sayəsində çoxdandı verə bilmədiyi qərarı verdi.
Belə ki, vəziyyətim elə ciddi idi ki, getməyimdən və ya evə çatmağımdan söz gedə
bilməzdi. Mənə rəğbəti isə qalan şeyləri tamamladı. O, müalicə üçün lazımlı şeyləri
çıxartdı və mən tezliklə dərin yuxuya getdiyim üçün tərəddüd etmədən yatağını
mənə verdi. Mən səhərə qədər, harada oyandığımı anlayanda mənə misilsiz işıq sa-
çanhəminheyrətamiz, uzun və o saatlarda doğulmuş həyati bağla nəticələnən səhərə
qədər bu yataqda yatdım. Öncədən hiss etdiyim qayğı həyatıma daxil oldu. Yüngül
zarafatlar, dəcəlliklər və şənliyin digər əlamətləri olmadan asta-asta, təmkinlə səhər
yeməyu yedik ki, nahardan əvvəl belə ciddi vəziyyətdə gözə görünmədən şəhər
darvazalarına uzun gəzintiyə çıxa bilək. Sonra biz ayrıldıq ki, bundan sonra rəsmi
aşiq cütlük kimi sərbəst və utanmadan zərif meylimizi izləyək.
56
Musiqi inkişafımın aldığı özünəməxsus istiqamət uğurlarla yanaşı, o vaxt
payıma düşən uğursuzluqlardan da yeni dəstək aldı. Yerli cəmiyyətlərin biri-
nin konsertində “Pərilər”imin uvertürasını müvəffəqiyyətlə həyata keçirdim
və ona görə böyük təriflərə layiq görüldüm. Lakin eyni zamanda, Leypsiq teatr
rəhbərliyinin bu operanın səhnələşdirilməsi ilə bağlı mənfi qərarından xəbər tut-
dum. “Sevgi qadağası” kompozisiyasının başlanğıcı məni elə hala saldı ki, bu ilkin
işimə marağı itirdim və qürurlu laqeydliklə onun Leypsiqdə səhnələşdirilməsinə
nail olmaq cəhdlərindən imtina etdim. Özümü uvertüramın qismətinə təzəcə düş-
müş uğurla ilk operama görə kifayət qədər mükafatlandırılmış hesab edirdim.
Əvəzində qısa Maqdeburq yarımilliyi ərzində diqqətimi yayındıran əyləncələr və
başqa işlərlə yanaşı yeni operamın böyük hissəsini yazmağa kifayət qədər vaxt
tapmışdım. Teatrda verdiyimiz konsertdə onun iki duetini ifa etmişdim və bu
hissələrin uğuru məni həvəslə işə davam etməyə ürəkləndirdi.
Mövsümün ikinci yarısında dostum Apel yeni kapelmeyster şöhrətimin şü-
alarında qızınmaq üçün məni ziyarət etdi. Mən onun yazdığı “Kolumb” dramı-
nı tamaşaya qoymağı rəhbərliyə məsləhət gördüm. Bu lütfə nail olmaqdan asan
heç nə yox idi. Əvvəla, Apel Əlhambranı əks etdirən yeni dekorasiyanın sifarişi-