103
Rixard Vaqner
Mənim həyatım
Kompaniyamı birləşdirən bütün lazımlı ədəb bağları qopmuşdu və heç kimin
etiraz etmədiyi ümumi dostluq əhvalı yaranmışdı. Və burada Minnanın tərbiyəsi
ilə yoldaşlarından nə qədər seçildiyi aşkara çıxdı. O, bir dəqiqə belə ləyaqətini
itirmədi və heç kim ona yaxın düşməyə ürək etmədi. Məclisin sonuna yaxın hamı
açıq-aydın görürdü ki, Minna mənim ürəkdən gələn dostyana mehribanlığıma
çəkinmədən müsbət cavab verir. Bütün yoldaşlarımıza aydın oldu ki, aramızda
xüsusi münasibətlər var. Biz məndə gözü olan bəd reputasiyalı xanımın bunu başa
düşəndə necə qıc olduğunu görüb məxsusi şəkildə razı qalmışdıq.
55
Həmin gündən sonra Minna ilə aramda fasiləsiz sıx dostluq əlaqəsi saxla-
yırdım. İnanmıram ki, o mənə qarşı ehtirasla məhdudlaşan meyl, yəni, əsl sev-
gi hiss edirdi. Məncə, o ümumiyyətlə belə yüksəlişə qadir deyildi. Onun mənə
olan hisslərini ürəkdən gələn şəfqət, mənə səmimi qəlbdən uğur və əminamanlıq
arzulamaq, tez-tez onu təəccübləndirən keyfiyyətlərimə dostyana rəğbət və anla-
yış kimi xarakterizə edə bilərdim. Tədricən bu duyğular onun üçün daimi və xoş
vərdişə çevrildi. Şübhəsiz, o mənim istedadım barədə yaxşı fikirdəydi və mənim
sürətlə uğur qazanmağım onu ovsunlamışdı. Onun şən sakitliyi ilə bəzəyə bildi-
yi ekssentrik xasiyyətim onda daima qürurunu oxşayan hökmranlıq duyğusunu
biruzə verməyə vadar edirdi. O, mənə qarşı heç bir istək, həsrət və ya ehtiras hiss
etməsə də, özbaşınalığıma soyuq cavab da vermirdi. Maqdeburqda həqiqətən ma-
raqlı bir tanış qazanmışdım. Yeni tanışım grande dame rollarını oynayan, bir o
qədər də cavan olmayan aktrisa idi. Xanım Qaaz dərhal mənim diqqətimi qazan-
dı. Çünki o, taleyində indi də yaxından və ciddi iştirak etdiyi Laubenin gənclik
dostu idi. Bu qadın ağıllı və bədbəxt idi. Bədbəxtliyində illərlə daha çox hiss
olunan eybəcər xarici görünüşünün rolu var idi. Onun uşağı var idi, çox kasıb
yaşayırdı və deyəsən, ən yaxşı vaxtlarını inciyərək xatırlayırdı. Mən onu tez-tez
ziyarət edirdim. Əvvəllər Laube barədə məlumat almaq üçün, sonralar vərdişə
çevrildiyi üçün. Bu xanım Minna ilə dostlaşdığı üçün üçümüz tez-tez axşamları
bir yerdə səmimi söhbətlər edərək keçirirdik. Lakin bəzən bu səmimiyyət kiçiyə
münasibətdə pozulurdu. Mən xanım Qaazın Minnanın istedadını və zəkasını
tənqid etməsinə xüsusilə təəccüblənirdim. Bir axşam Minnaya söz verdim ki, yaşlı
rəfiqəmizlə birlikdə ona qonaq gəlib çay içəcəm. Lakin ehtiyatsızlıq edib bir vizit
partiyasına təklifi də qəbul etmişdim. Bundan bezsəm də, davam etməyə çalışır-
dım ki, Minnagilə gec gedim və ora çatanda məni narahat edən rəfiqəm çıxıb get-
miş olsun. Buna spirtli içkilərin köməyilə nail oldum. Beləliklə, başıma bu qəribə
iş gəldi. Mən ayıq vist partiyasını sərxoş tərk etdim və bu elə gözlənilməz baş ver-