109
Rixard Vaqner
Mənim həyatım
bəhanə oldu. Piyada yeddi saata başa vurulan səyahət üçün bu həftəlik yararlı pas-
port tapmalı idim. Bu sənəd uzun illər mənim həyatımda böyük rol oynayacaqdı.
O məni Avropanın müxtəlif ölkələrində dəfələrlə polislərdən qoruyan sənəd idi və
indi də elə olaraq qalır. Saksoniyada hərbi məsuliyyətdən qaçdığım üçün həmin
vaxtdan Drezdendə kapelmeyster vəzifəsi alana qədər bu cür vacib sənədi əldə
edə bilməmişdim. Onun mənə açdığı yolda yaşadığım sənət zövqü o qədər mənfi
təsir göstərirdi ki, klassikaya aid hər şeyə nifrətimi artırırdı. Məndə anlaşılmaz
ikrah yaradan sərxoş satir simalı adam Bethovenin adətən musiqi bayramlarında
naz üçün istifadə edilən saysız kontrabasa baxmayaraq “C-moll” simfoniyasını ifa
edirdi. Bu ifa o qədər ifadəsiz və solğun idi ki, fantaziyamda formalaşmış obrazla
bu əsərin faktiki ifası arasındakı kontrast mənə dilxor halda həllindən üz çevirdi-
yim dəhşətli, qoxulu problem kimi gəlirdi. Bu əzablı hiss “qoca ustad” Şneyderin
Absalon” oratoriyasını eşidəndə komik bir şeyə çevrildi və bir müddət kefimi
açıb sakitləşdirdi.
59
Minnanın ilk debütünü aldığı Dessauda, yüngülbeyin gənclərin onun haq-
qında adətən bu mühitdəki gözəl aktrisaları müzakirə etdikləri tonda danışdıqla-
rını eşitdim. Bu cəfəngiyyatları elə hərarətlə təkzib edir və böhtançıları elə utan-
dırırdım ki, özüm də bu qızın məndə yaratdığı ehtiraslı hisslərin fərqinə vardım.
Qohumlarıma görünmədən Leypsiqə getdim və orada dərhal Drezdenə yola
düşmək üçün pul tapa bildim. Dilijansla keçməli olduğum yolun yarısında bacı-
larının birinin müşayiəti ilə Maqdeburqa qayıdan Minnayla qarşılaşdım. Dərhal
Leypsiqə geri bilet alıb sevgilimlə birlikdə qayıtdım. Lakin yalnız növbəti stansi-
yada Minnanı Drezdenə qayıtmağa razı sala bildim. Amma poçt dilijansı artıq get-
diyi üçün müddətli sürətli poçtla yola düşməli olduq. Mənim bu cür əliaçıqlığım
hələki qızları təəccübləndirdi və əhvallarını yüksəltdi. Şübhəsiz, öz israfçılığım-
la onları maraqlı macəralar gözləməyə vadar edirdim və hazırda bu macəraların
qeydinə qalmalı idim. Drezdenli bir tanışımdan pul aldım ki, rəfiqələrimi Saksoni-
ya İsveçrəsinə eyni səxavətlə, rahat çatdıra bilim. Orada gənclik sevincləri ilə dolu
və cəmi bir dəfə mənim qısqanclığımla kölgələnmiş bir neçə xoş gün keçirdik. Bu
günlərdə qısqanclığa onun üçün heç bir səbəb yox idi, lakin o qidanı keçmişin
təəssüratları, dumanlı gələcəyi hiss etmək və digər qadınlarla əvvəlki tanışlıq
təcrübələrim sayəsində məhz mənim qəlbimin dərinliklərində tapırdı. Heç nəyə
baxmayaraq bu səyahətimiz və xüsusilə Şandauda yuxusuz qaldığımız möhtəşəm
bir yay gecəsi qayğısız gənclik dövrümün ən xoş və demək olar ki, yeganə xatirəsi
kimi qaldı. Minna ilə bundan sonrakı uzun, ağrılı-acılı həyəcanlarla keçən əlaqəm