Rixard Vaqner
Mənim həyatım
110
həmin sevincli qısa günlərə görə baş vermiş günahın uzun sürən əvəzi kimi görü-
nürdü çox vaxt.
Minnanı Leypsiqə qədər yola saldım. Oradan da Maqdeburqa yola düşdü
Minna, mən isə yenidən ailəmin yanına qayıtdım və Drezden səfəri barədə bir
kəlmə demədim. Lakin bir qəribə, ağır günahı dərk edərək tezliklə yenidən se-
vimli qadınımın yanında olmaq üçün həyatımı qurmaq vacibliyinə boyun əydim.
Bunun üçün yaxın qış sezonunda direktor Betmanın təklifini qəbul etməli idim.
Gərək olan danışıqlar vaxtı artıq Leypsiqdə qala bilmirdim. Amma Laubenin
Namburq yaxınlığındakı Kezen adlı yerdə olmasından istifadə edib onu ziyarət
etdim. Bir müddət əvvəl Laube, demək olar ki, birillik ağır həbsdən sonra Ber-
lin həbsxanasından buraxılmışdı. Ondan son hökm oxunana qədər ölkəni tərk
etməmək vədi alaraq Kezendə yaşamağına izn vermişdilər. O, bir axşam sakitcə
Leypsiqə gəlib bizi ziyarət etmişdi. Öz böhranlı vəziyyətimin yaratdığı həyəcanla
yanaşı onun məşəqqətli xarici görünüşü, cəsur, lakin hədsiz itaətkar əhvalı, əvvəlki
ümidlərdən yeni, daha yaxşı həyat uğruna imtina etməsi mənə elə təsir etmişdi
ki, bu mənim ən kədərli və məşum xatirələrimdən birinə çevrildi. Kezendə ona
Sevgi qadağası”nın xeyli hissəsini oxudum və özümün mətn yazma iddialarıma
mənfi münasibətinə baxmayaraq Laubedən həvəsləndirici rəy ala bildim. Lakin
mən narahatlıqla Maqdeburqdan məktub gözləyirdim. Bunun səbəbi Maqdebur-
qa təyinatımın bərpa olunmayacağından qorxmağım yox, (əksinə, özümü direktor
Betman üçün əla tapıntı hesab etməyə əsasım var idi), yalnız Minna ilə məni ya-
xınlaşdıran hər şeyin gec irəliləməsi idi. Lazımlı xəbərləri güclə gözləyib gələcək
möhtəşəm opera mövsümünün bütün layihələrini yerində tərtib etmək üçün
Maqdeburqa yola düşdüm. Həmin vaxt əbədi iflasda olan teatr direktorumuza
Prussiya kralının tükənməyən əliaçıqlığından yeni və son maddi yardım edilmiş-
di. Kral görkəmli Maqdeburq sakinlərindən ibarət komitəyə Betmanın rəhbərlik
edəcəyi teatr üçün böyük miqdarda vəsait ayırmışdı. Bu şərtlərdə Maqdeburq-
dakı bədii işlərin mənim üçün nə mənaya gəldiyini və nə dərəcədə vacib oldu-
ğunu, əyalət şəhərlərimizdə bu cür teatrların necə atılmış və zavallı vəziyyətdə
olduğunu xatırlayanlar anlayar. Mən dərhal yaxşı opera müğənnilərini axtarmaq
üçün böyük səyahətə çıxmağı təklif etdim. Maddi vəsaiti risk edib özüm əldə
edəcəkdim, teatr rəhbərliyi isə mənim xeyrimə benefisin təşkili ilə bu xərclərin
əvəzinin ödənilməsini təmin etməli idi. Bu şərtlərlə həvəslə razılaşdılar və mən
lazımi səlahiyyətlər və direktorun xüsusi xeyir-duası ilə yüksək əhval-ruhiyyədə
yola düşdüm. O vaxt anasını qonaq saxlayan Minna ilə bu qısa dövr ərzində ən
yaxın münasibətlərdə idik, lakin cürətli tədbirimi həyata keçirmək üçün yenidən
sağollaşmalı olduq.