111
Rixard Vaqner
Mənim həyatım
60
Hər şeydən əvvəl, Leypsiqdə antrerener turnesi lahiyəmin təşkili üçün asan-
lıqla vəd edilən pul vəsaitini əldə etmək çətin oldu. Prussiya kralının bizim teat-
rımızı qorumasının ən rəngarəng boyalarla təsvir etdiyim parlaqlığı kürəkənimiz
Brokhauzun gözünü qamaşdırmadı və gəmimi yola çıxarmaq üçün böyük,
təhqiramiz səylər göstərməli oldum. Əlbəttə, məni əvvəla, möcüzələr ölkəsi Bohe-
miya cəlb etdi. Bu dəfə Praqaya ötəri baş çəkdim, hətta gözəl rəfiqələrimə belə qo-
naq olmadan Karlsbada tələsdim. Çimərlik mövsümündə orada olan opera heyəti
ilə tanış olmalı idim. Bu səyahətə ayrılmış pulları boşa xərcləməmək üçün tez
bir zamanda mümkün qədər çox istedad tapmaq istəyi ilə alışıb-yanaraq səmimi
qəlbdən hər şeyin möhtəşəm keçdiyini görmək istəyi ilə “Ağ xanım” tamaşasına
baxdım. Onda Qavestonu ifa edən seçdiyim yeganə bas Qref Maqdeburqda debü-
tü zamanı heç kimin xoşuna gəlməmişdi və gələ də bilməzdi. Yalnız öz kəşfimə
görə ələ salınmağa sakitcə dözərkən pis ifaçı heyəti barədə aydın təsəvvürüm ya-
randı. Hələ heç bir uğur qazanmasam da, səyahətimin məqsədi məni daha çox
həvəsləndirirdi. Bayreytin qürub günəşi ilə bədii şəkildə işıqlandırılmış Eger Fix-
telgebirq uzun müddət mənim ən xoş xatirələrimdən biri kimi qalıb.
İndi məqsədim bacım Klara ilə ərinin hələ də xidmət göstərdiyi Nürnberq
idi. Onlardan axtardığım şey barədə məlumat almağa ümid edirdim. Əvvəla, qo-
humlarımın evində qonaqpərvər qarşılama mənə xoş idi. Azalmış maddi vəsaitin
təzələnməsi barədə düşünməliydim. Dostumun hədiyyəsi olan və qeyri-müəyyən
səbəblərdən platin hesab etdiyim bir tütün qabını satmağa ümid bəsləyirdim.
Bura Apelin mənə “Kolumb” uvertürasını yazdığım üçün hədiyyə etdiyi möhürlü
qızıl üzüyü əlavə etmək istəyirdim. Təəssüf ki, tütün qabının qiyməti gözlədiyim
qədər olmadı və yeganə dəyərli əşyalarımı girov qoymaqla Frankfurta səfərim
üçün az məbləğ əldə edəcəkdim. Ora və Reyn ətrafına əldə etdiyim göstəricilərə
əsasən yola düşürdüm. Bacımı və ərini Maqdeburqda işləməyə razı saldıqdan son-
ra mənə heç cür tapa bilımədiyim ilk tenor və primadonna çatışmırdı.
61
Nürnberqə təsadüfi səfər, həmin vaxt orada qısa qastrolda olan Şreder-
Devrienlə xoş görüş sayəsində bir az da uzandı. Onunla görüşəndə son qarşılaş-
mamızda bir qədər bulanmış bədii üfüqümün necə aydınlaşdığını anladım. Nürn-
berq heyəti sənətkara geniş opera seçimi təqdim etmirdi. “Fidelio”dan başqa,
bir də “İsveçrəli ailə”ni göstərmək olardı və aktrisa şikayətlənirdi, burada yalnız