Rixard Vaqner
Mənim həyatım
112
gənclik rollarından birini ifa edə bilirdi ki, bu rol üçün indi uyğun deyildi, bir də
zəhləsini tökmüşdü bu rol. Elə mən də bu operanı həvəssiz gözləyirdim. Qorxur-
dum ki, rəngsiz musiqi və Emmelinanın sentimental köhnədəbli fiquru audito-
riyada və məndə aktrisanın əvvəlki ifasından qalan nəhəng təəssüratı zəiflədər.
O gecə ilk dəfə bu qeyri-adi qadının məftunedici istedadını həqiqətən anladıq-
da keçirdiyim sarsıntının və səmimi heyrətin böyüklüyünü başa sala bilmərəm.
Əgər isveçrəli qız obrazı həkk olunub bütün zamanlara ötürülə bilmirsə, mən
bunu səhnə yaradıcılığının ən böyük qurbanı hesab edirəm. Bu cür qurbanların
ab-havasında dramatik sənətin möcüzəli kəşfləri baş verir və mən artist həyatının
bu cür xoşməramlı, müqəddəs təzahürlərinə layiqli qiyməti tapa bilmirəm.
Mənim üçün, bədii inkişafım üçün əhəmiyyətli yeni təəssüratlarla yanaşı,
Nürnberq səyahəti yaddaşımda digər xüsusi izlər də qoyub. Bunlar miskin və ba-
yağı səbəbə baxmayaraq məndə dərindən kök salmışdı, ona görə tamamilə fərqli
formada olsa da, yenidən canlanmışdı. Yeznəmiz Volfram Nürnberqdəki teatr
dostları arasında şən kompaniyaların üzüyola və ağıllı iştirakçısı kimi xüsusilə
məşhur və sevilən biri idi. Növbəti fakt axşamlar yerli restorasiyalarda keçən və
mənim də müəyyən qədər iştirak etdiyim əyləncələrin özünəməxsus və məzəli
orbazı ola bilər. Artıq cavan olmayan, alçaqboy, gülməli xarici görünüşə malik,
yalnız sadə xalq dialektində danışan xarrat Lauerman bir pivəxanada mənə za-
rafatcılların diqqətini cəkən sadəlövh kimi məsləhət görülmüşdü. Lauerman
özünü möhtəşəm ifaçı hesab edirdi və bu fikirdən irəli gələrək yalnız ifaçılığa is-
tedadı olanlara xüsusi maraq göstərirdi. Bu vəziyyət onu lağ, rişxənd və zarafat
hədəfinə çevirsə də, o, hər axşam müntəzəm surətdə bu şən baməzələrin arasında
peyda olurdu. Lakin sonda ələ salınmış və küsdürülmüş adamı sənətini nümayiş
etdirməyə razı salmaq çox çətin olurdu. Bunu yalnız onun qüruru üzərində qurul-
muş torların köməyi ilə etmək mümkün idi. Bu əyləncə üçün mənim, yəni yad ada-
mın gəlişindən istifadə edilmişdi. Yazıq meysterzingerin fərasəti barədə fikirlərin
nə yerdə olduğu yeznəmizin məni ona məşhur italyan ifaçısı Lablaş adı ilə təqdim
etməsindən bəlli oldu. Onu deyim ki, Lauerman uzun müddət mənə inamsız bax-
dı və ehtiyatla gənc görünüşüm və xüsusilə aydın tenoral səs tembrim barədə bəzi
şübhələrini bildirdi. Zavallı həvəskarı bu cəfəngiyyata inandırmaq yeməkxanaya
yığışanların əsas məqsədi idi və onlar uzun müddət bununla əyləndilər. Yeznəm
xarratı inandırdı ki, oxumağıma görə ağlasığmaz məbləğlər alıram və restorasiya-
ları ziyarət edərkən xüsusi hiylələrlə istedadımı camaatdan gizlətməyə çalışıram.
Lakin əgər Lauermanla Lablaş arasında müsabiqədən söz düşsə, əlbəttə, hamı-
nın marağı Lauermanın tərəfində olacaq. Çünki əksinə, Lablaş ondan hələ çox şey
öyrənməlidir. Mən təyin olunan rolu mümkün qədər yaxşı ifa etməyə çalışırdım.
İki saatlıq məzəli hoqqalardan sonra gözünü məndən çəkməyən bu sadəlövh ada-
mı elə hala saldıq ki, o, əzələlərini qəribə şəkildə hərəkətə gətirdi. Elə bil, qarşımız-