113
Rixard Vaqner
Mənim həyatım
da ruh və ya qurma mexanizmli musiqi avtomatı var idi. Onun dodaqları titrəyir,
dişləri qıcanır, gözləri bərəlirdi. Nəhayət, o, xırıltılı, yağlı səslə fövqəladə dərəcədə
bayağı küçə mahnısını ifa etməyə başladı. Bu mahnını ifa edərkən o, dayanmadan
böyük barmağını qulaqlarının arasında gəzdirir və kök sifəti qıpqırmızı olurdu.
Təəssüf ki, tezliklə iştirakçıların homerik qəhqəhəsi səslənib bədbəxt müğənninin
qəzəbinə səbəb oldu. Bu qəzəb indicə satqın şəkildə onu tərifləyənlərin nəzakətsiz
istehzasına səbəb olaraq qəddar zarafatı tamamladı və öz növbəsində, bədbəxti
lap qudurtdu. Vicdansız kompaniyanın pis masqarası ilə müşayiət edilən yazıq
restorasiyadan getməyə hazırlaşırdı ki, səmimi mərhəmət hissimməni üzr istəmək
və həvəsləndirmək üçün onun arxasınca getməyə məcbur etdi. Bu çox çətin idi,
çünki onu məhz mən xüsusilə qıcıqlandırmışdım. İndi mən onun Lablaşla şəxsən
tanış olmaq ümidini puç edən ən yeni düşməni idim. Ancaq onu kandarda saxla-
ya bildim. Şıltaq kompaniya isə həmin dəqiqə susaraq Lauermanı yenidən oxu-
mağa məcbur etmək üçün sözləşdi. Bunun necə baş verdiyini yaxşı xatırlamıram,
çünki xarratın müqavimətini qırdığımız spirtli içkilərin təsiri mənim də bu uzun
axşam barədə təəssüratlarımı bulandırmışdı. Lauerman bir daha eyni istehzalara
dözəndən sonra adamlar özlərini bədbəxti evə ötürməyə məcbur hiss etdilər. Bu
qapının ağzında tapdığımız arabanın köməyi ilə baş tutdu və biz triumfla onu
köhnə şəhərin qəribə və dar küçələrinin birində yerləşən evin qapısına apardıq.
Yuxudan oyanıb ərini qarşılayan xanım Lauerman elə söyüb-qarğımağa başla-
dı ki, onların ər-arvad və ailə münasibətlərinin necə olduğu ortaya çıxdı. Ərinin
musiqi istedadının ələ salınması onun üçün adi şey idi. Lakin o, özünü ərinin
dəliliyini möhkəmləndirən və onu gəlirli sənətindən uzaqlaşdırıb ağıllarına gələni
elədikləri üçün avara oğlanları lənətləməyi özünə borc bilirdi. Bu yerdə isə izti-
rab çəkən meysterzingerin qüruru oyandı, onu pillələrlə yuxarı dartışdıran arva-
dının vokal sənətini tənqidə haqqı çatmadığını ən sərt ifadələrlə, enerjiylə ifadə
eləməyə, arvadını sakitləşdirməyə çağırdı. Vəhşi gecə gəzintisi bununla bitmədi.
Kütlə yenidən yeməkxanaya yollandı. Orada qapının ağzında başqa qonaqlar da
var idi. Onların arasında polis saatının yetişməsi ilə içəri buraxılmayan sənətkar
şagirdləri də gözə dəyirdi. Ancaq bizim aramızda yeməkxananın sahibi ilə çoxdan
dost münasibətləri saxlayan daimi ziyarətçilər olduğu üçün biz içəri buraxılmağı
tələb etməyə haqqımız olduğunu düşünürdük. Yeməkxana sahibi üçün səslərini
tanıdığı dostlarının üzünə qapı bağlamaq xoş olmasa da, onların arxasınca yeni
gələnlərin də daxil olacağından qorxurdu. Qarışıqlıq, çaxnaşma başladı, qışqırıq-
lar yüksəldi, iştirakçıların sayı anlaşımaz surətdə artdı və tezliklə hər şey kabus
xarakterini aldı. Elə bil, növbəti anda şəhərdə üsyan qaldıracaqdıq və mənə elə
gəlirdi ki, yenidən əsl səbəbini heç bir insanın anlamadığı inqilabın şahidi olacam.
Qəfil tappıltı eşitdim və elə bil, sehrli əsanın toxunuşu ilə kütlə müxtəlif tərəflərə
səpələndi. Köhnə Nürnberq güləşinin fəndləri ilə yaxşı tanış olan ziyarətçilərdən