Rixard Vaqner
Mənim həyatım
114
biri ağlasığmaz çaxnaşmaya son qoymaq ümidi ilə xüsusi yumruq zərbəsi ilə ən
qızğın şüvənçilərdən birinin burnuna elə vurdu ki, o, təhlükəli zədə almasa da hu-
şunu itirdi. Bu camaatı dağıtdı. Yüzlərlə insanın azğın gurultusundan bir dəqiqə
sonra mən və yeznəm əl-ələ, sakitcə zarafatlaşıb gülərək ayla işıqlanan küçələrlə
evə döndük. Yolda təəccüblənib və sakitləşib öyrəndim ki, burada axşamlar adətən
belə keçir.
62
Nəhayət, yenidən səyahətimin məqsədini yerinə yetirmək barədə ciddi
düşünmək vaxtı yetişdi. Yalnız birgünlük Vürsburqu ziyarət etdim. Frederika
Qalvanidən başqa qohum və tanışlarla görüşüb-görüşmədiyimi xatırlamıram.
Onunla ağır görüş barədə artıq danışmışdım. Frankfurta gələndə Maqdeburq
rəhbərliyindən subsidiya almaq uğrunda əziyyətlərimin nəticəsini gözləmək
üçün dərhal samballı bir otelə sığınmaq məcburiyyətində qaldım. Operamıza so-
list tapmaq ümidlərim əsasən Visbadendə cəmləşirdi, mənə oranın dağılmaqda
olan yaxşı bir opera truppasını nişan vermişdilər. Visbadenə qısa səfər kifayət
qədər çətin bir iş oldu. Buna baxmayaraq, tenor Freymüllerin xüsusən seçildiyi
Şeytan-Robert”in məşqində iştirak edə bildim. Dərhal onu ziyarət etdim və hiss
etdim ki, o, mənim Maqdeburqa köçmək təklifimə yaxşı baxır. Onunla vacib da-
nışıqları tamamlayıb tələsik Frankfurtdakı sığınacağım “
Weidenbusch”
a qayıtmalı
oldum. Burada əbəs yerə Maqdeburqdan yol xərcləri üçün tələb etdiyim pulları
gözləyərək daha bir uzun həftə keçirdim. Yeri gəlmişkən, vaxt öldürmək üçün yol
torbamda gəzdirdiyim qırmızı üzlü kitabçaya dəqiq tarixləri göstərərək gələcək
tərcümeyi-halım üçün qeydlər yazırdım. Hazırda ömrümün müxtəlif dövrlərində
yazdığım qeydlər qarşımda durub yaddaşımı təzələyir. Vəziyyətim Maqdeburq
rəhbərliyinin laqeydliyi sayəsində günü-gündən çətinləşirdi. Lakin əvəzində
Frankfurtda gözlədiyimdən daha uğurlu bir qazancım oldu. “Dahi dirijor” Qu-
run rəhbərliyi altında səhnələşdirilmiş “Sehrli fleyta”nın tamaşasında iştirak
edərkən həqiqətən möhtəşəm opera heyəti məni heyrətə salmışdı. Əlbəttə, əsas
qəhrəmanlardan hər hansı birini toruma salmağı ağlıma belə gətirə bilməzdim.
Lakin ilk “oğlan”ı ifa edən gənc freyleyn Limbaxın qibtə ediləsi istedadını kəşf
edəcək qədər uzaqgörən idim. O, təklifimi qəbul etmişdi. Frankfurtdakı işindən
elə bezmişdi ki, sakitcə şəhəri tərk etmək qərarına gəldi. Bunu bildirib məndən
düşündüyü plana kömək eləməyimi istədi. Əgər gedişini təxirə salsaydı, rəhbərlik
duyuq düşərdi. Gənc xanımməni, çox təriflədiyimMaqdeburq teatr komitəsindən
rəsmi işgüzar turne üçün aldığım iri akkreditiv sahibi hesab edirdi. Lakin hətta öz
qayıdışım üçün belə mehmanxanada yoxsul yol baqajımı girov qoymalı oldum.