115
Rixard Vaqner
Mənim həyatım
Mehmanxana sahibini buna razı salsam da, ifaçını aparmaq üçün borc verməkdən
tamamilə imtina etdi. Rəhbərliyimin pis rəftarını ört-basdır etmək üçün bir yalan
uydurdum və gənc xanımı əsəbi və həyrətlənmiş vəziyyətdə qoyub oranı tərk et-
dim. Bu hadisədən çox utandım, o yağışlı-çiskinli pis havada Leypsiqə getdim,
pudelimi götürüb Maqdeburqa yola düşdüm. Burada sentyabrın birindən yenidən
muzikdirektor vəzifəsinə keçdim.
63
İşgüzar səfərimin nəticələri elə də fərəhləndirici deyildi. Direktor triumf-
la Frankfurtdakı ünvanıma düz beş luidor, tenorla gənc aktrisaya isə avans və
yol pulu əvəzinə dəqiq tərtb edilmiş müqavilə göndərdiyini bildirdi. Onlardan
heç biri gəlmədi. Yalnız Karksbaddan gələn bas Qref bunu pedantik dəqiqliklə
elədi və gələn kimi teatr masqaraçılarının lağlağısını mənə tuş etdi. “İsveçrəli
ailə”nin məşqində burnunda və quru oxuması məni utandırdı. Dəyərli aktyor,
yeznəm Volframla bacımın gəlməsi isə operadan daha çox musiqili vodevilin
xeyrinə oldu və mənə əlavə başağrısı verdi. Sanballı fəaliyyət şərtlərinə öyrəşmiş
vicdanlı adamlar tezliklə bizdə teatr işinin laxladığını gördülər. Çünki Betmanın
səhlənkar rəhbərliyi altında hətta kralın himayəsi də heç nə edə bilməzdi. Onlar
vəziyyətlərinin kifayət qədər pisləşdirdiklərini anlayırdılar. Tale bizə Seybiqdə
doğulmuş və aktyor əri ilə Maqdeburqdan keçən gənc xanım Pollerti göndərəndə
cəsarətimi və bütün ümidlərimi tamamilə itirməkdəydim. Bu xanımın gözəl səsi
var idi və əsas rollar üçün istedadlı ifaçı olduğu aşkarlanmışdı. Zərurət rəhbərliyi
son anda tenor Freymmülleri də əldə etmək üçün lazımlı addımlar atmağa vadar
etdi. Gənc Limbaxa çılğın sevgi bəsləyən fərasətli tenor, mənim utancverici uğur-
suzluqla nəticələnən cəhdimi belə xoşbəxt sonluqla tamamlayıb gənc ifaçı xanı-
mı oğurlamağı bacaranda, razılığımın həddi-hüdudu yox idi. Hər ikisi sevincdən
işıq saçaraq gəlmişdilər. Bütün tələblərinə baxmayaraq xoşa gələn xanım Pollert
onlarla birlikdə də işə götürülmüşdü. Sonralar Karlsruedə xormeyster işləyən,
yaxşı məktəb və musiqi təhsili görmüş olan bariton cənab Kruqu da tapa bilmiş-
dik. Beləliklə çox qəfil şəkildə mən, aralarında bircə bas Qrefi ört-basdır etməli
olduğum yaxşı opera heyətinin başına keçmişdim. Tezliklə heç də pis olmayan
bir sıra opera tamaşaları vemrək xoşbəxtliyini yaşadıq. Özü də bizim repertua-
rımıza, teatrın bu janrı üçün ağlagələn bütün əsərlər daxil idi. Xüsusilə, savadlı
musiqi biliciləri arasında bizə hörmət qazandıran Şporun “İessonda”sının düşü-
nülmüş səhnələşdirilməsinə sevinirdim. Tamaşalarımızı adətən kiçik şəhərlərdə
təşkil olunmuş və oradakı teatrlara xas səviyyədən daha yaxşı səhnələşdirmək
üçün əlavə vasitələrin tapılması məsələsində yorulmaq bilmirdim. Lakin orkestri