Rixard Vaqner
Mənim həyatım
116
genişləndirib buna görə ödəniş etməli olan direktor Betmanı daima özümə qarşı
qaldırırdım. Əvəzində onun üçün heç bir çətinlik törətməyən və tamaşalarımı-
za əhəmiyyətli parıltı verən xoru və musiqiçilərin sayını çoxaldaraq simpatiya-
sını da qazanırdım. Bu zaman teatrın abunələrinin və ümumi ziyarətçilərinin
sayı artmışdı. Məsələ burasındadır ki, mən alay musiqiçilərini və Prussiya or-
dusunun yaxşı təhsil almış hərbi ifaçılarını tamaşamızda iştirak etməyə vadar
etmişdim. Bunun üçün yalnız onların qohumlarının qalereyaya sərbəst girişini
təşkil etmişdim. Beləliklə, Bellininin “Norma”sında partituranın tələb etdiyi kimi
səhnəyə gücləndirilmiş musiqi heyəti çıxarmağa nail olmuşdum, həm də girişdə
səslənən və o zaman xoşuma gələn kişi xoru unisonu üçün, hətta demək olar, bö-
yük teatrların təşkil edə bilmədiyi qədər kişi səsi var idi. Sonralar Parisdə tez-tez
birlikdə dondurma yediyimiz Tortoni şirniyyatçısında cənab Oberlə görüşəndə,
əsl ordu bölməsinin bütün heyətini onun “Lestok”unda sui-qəsdçilərə qoşulan
hiddətlənmiş əsgərləri təsvir etməyə vadar elədiyimi söylədim ki, buna görə o
mənə hələ o vaxt sevinc dolu təbəssümlə minnətdarlıq eləmişdi.
64
Bu cür ruhlandırıcı şəraitdə “Sevgi qadağası”nın işi sürətlə sona çatır-
dı. Bu operanı, xərclərimin əvəzinə söz verilmiş benefisimdə səhnəyə qoymaq
niyyətində idim. Ona görə özümü, hətta məşqlərdən boş olanda adətən Minnanın
yanında keçirdiyim saatları belə hədsiz səylə partituranın yazılmasına həsr edir-
dim. Mən həm öz şöhrətimin yaranması, həm də maddi çətinliklərimin gözlənilən
həlli üzərində işləyirdim. Bu çalışma hətta Minnanın bizim sevgimizi narahatlıqla
izləyən anasına da təsir etmişdi. O, yaydan bəri qızının yanında qalıb ev işlərini
idarə edirdi. Onun iştirakı və müdaxiləsi sayəsində münasibətlərimizdə yeni ciz-
gi də üzə çıxdı – düyünün açılmasının gözlənilən gərgin intizarı. Əlbəttə, bütün
bu işlərin hara gedib çıxacağı sualı yaranırdı. Etiraf edim, görünür, gəncliyimdən
irəli gəlirdi, amma evlilik barədə düşünəndə qorxuqarışıq narahatçılıq yaranır-
dı məndə. Mürəkkəb mülahizələrə, müzakirələrə baş qoşmurdum, amma han-
sısa bir məsum, intstinktiv hiss məni bütün ömrümə təsir edəcək qərarı qəbul
etməkdən çəkindirirdi. Həm də münasibətlərimizin ümumi natarazlığı da bizi
əndişələnməyə vadar edirdi. Ona görə Minna yəqin ki, bu münasibətlərin evliliklə
bitməsindən çox yaxşılaşmasını arzulaya bilərdi. Ailə qurmaq barədə o, Maq-
deburq teatrında vəziyyətinin pisləşməsindən sonra düşünməyə başladı. Onun
rollarına rəqib peyda olmuşdu. Bu xanımın əri baş rejissor olduğu üçün xüsusilə
təhlükəli idi. Minna qışın əvvəlində, Berlində parlaq uğurlar qazanmış Keniqşted-
ter teatrından təklif almışdı və Maqdeburqla əlaqələrini tamamilə kəsmək üçün