117
Rixard Vaqner
Mənim həyatım
bu bəhanədən yapışaraq məni qorxutmuşdu. Görünür, bu məsələdə o mənimlə
heç hesablaşmırdı. Mən Minnanı Berlinə qastrola getməsinin Maqdeburq teatrı ilə
müqaviləsinin tamamilə pozması demək olduğuna inandıra bilmədim. O, məni
böyük kədər və hərəkəti barədə ciddi şübhə içində qoyub getdi. Dəhşətli nara-
hatlıqla yazdığım məktubda qayıtmasına israr edərək onun taleyini özümkündən
ayırmamaq üçün rəsmi evlənmə təklifi etdim. Həmin vaxt yeznəm Volfram di-
rektor Betmanla dalaşıb müqaviləsini pozdu və Keniqştedter teatrına qastrola
yola düşdü. Bir müddətliyinə Maqdeburqda elə də xoş olmayan şəraitdə qalan
mehriban bacım Klara adətən şən qardaşının dilxor və fikirli ruhi vəziyyətini sez-
mişdi. Gözəl günlərin birində o, ərinin yazdığı məktubu mənə göstərməyi lazım
bildi. Məktubda o, sözarası Minna barədə də məlumat vermişdi. Yeznəmiz bu qıza
bağlılığıma görə həqiqətən məyus olaraq onu mənə layiq hesab etmirdi. O, qı-
zın pis davranışlarına şahid olmuşdu. Bu dəhşətli xəbərin göstərdiyi fövqəladə
təsir məni sevgimi qohumlarımdan gizlətməməyə məcbur etdi. Yeznəmə, Minna
Planerə necə ciddiyyətlə bağlı olduğumu və haqqında xoş fikirlər yazmadığı qız
barədə yalnız həqiqəti öyrənmək istədiyimi bildirdim. Cavabında adətən quru və
lağlağıya meylli yeznəmizdən ürəyimi isidən məktub aldım. O, etiraf edirdi ki,
Minnanı düşüncəsiz şəkildə günahlandırıb, sonradan araşdıranda isə əsassız ol-
duğu şayiələrə istinad edib. Lakin Minna ilə yaxından tanış olub söhbət edəndən
sonra onun səmimiyyətinə və yaxşı xasiyyətə malik olmasına inanıb. Ona görə
bütün qəlbi ilə bu gözəl qızla evliliyimizə xoşbəxtlik diləyir. Bu an qəlbimdə əsl
fırtına qopdu. Mən Minnaya dərhal qayıtması üçün yalvarmağa başladım. Üstəlik,
Berlin teatrının yüngül ab-havası ilə tanış olduqdan sonra orada işləmək fikrindən
daşındığını öyrənəndə sevincimin həddi-hüdudu yox idi. Bircə onun Maqdebur-
qa bərpa olunması üçün əziyyət çəkməli oldum. Bu məqsədlə teatr komitəsinin
iclaslarından birində direktora və nifrət etdiyim baş rejissora qarşı elə qızğın çı-
xış etdim və Minnanı məruz qaldığı ədalətsizlikdən elə hərarətlə müdafiə etdim
ki, hisslərimin belə səmimi ifadəsindən təəccüblənmiş iştirakçılar mənim iradəmə
tabe oldular. Bunu yerinə yetirib gecə yarısı, zəhlətökən qış havasında sürətli poçt
arabası ilə sevgilimin görüşünə çıxdım ki, onu sevinc göz yaşları ilə qarşılayıb
təntənə ilə Maqdeburqdakı rahat və sevimli evə aparım.
65
Bu qısa fasilədən sonra birgə həyatımız daha sıx tellərlə bağlandı. 1836-cı
ildə “Sevgi qadağası”nın patiturasını bitirdim. Gələcək planlarımda bu işin uğuru-
na böyük ümidlər bəsləyirdim və Minna da bu hissləri mənimlə bölüşürdü. Bizim
yazın gəlişi ilə vəziyyətimizin necə olacağını təlaşla gözləmək üçün səbəblərimiz