Rixard Vaqner
Mənim həyatım
118
var idi. Adətən eynən bizimki kimi etibarsız teatrlarda vəziyyət yaxşı olmurdu.
Kral dəstəyinə və teatr komitəsinin müdaxilələrinə baxmayaraq, layiqli direk-
torumuz iflasa uğrayır və onun müəssisəsinin gələcəkdə hansısa formada möv-
cudluğu barədə düşünməyə dəyməzdi. Beləliklə, ixtiyarımda olan kifayət qədər
yaxşı ifaçı heyətinin iştirakı ilə operamın səhnələşdirilməsi ağır vəziyyətimin
mahiyyətcə dəyişməsinin çıxış nöqtəsi olmalı idi. Ötən yayda çəkdiyim yol
xərclərinin ödənilməsi üçün öz xeyrimə benefis tamaşası tələb etmək haqqım var
idi. Əlbəttə, mən öz əsərimi müəyyənləşdirmişdim və çalışmışdım ki, rəhbərliyin
mənə göstərdiyi lütf mümkün qədər ucuz başa gəlsin. Buna baxmayaraq rəhbərlik
yeni opera üçün müəyyən xərc çəkdiyindən ilk tamaşanın gəlirini onlara verməyə
razılaşdım. Özüm isə yalnız ikinci tamaşadan qazanc götürəcəkdim. Məşqlərin
vaxtı mövsümün lap sonuna qədər ləngidi. Lakin bunu xoşagəlməz hal hesab
etmirdim. Çünki auditoriyanın hərarətlə qarşıladığı truppanın son tamaşaları-
nın xüsusi diqqət çəkcəyini ehtimal etməyə əsasım var idi. Lakin təəssüf ki, biz
mövsümün aprelin sonuna təyin olunmuş gözlənilən uğurlu qapanışına nail ola
bilmədik. Çünki auditoriyanın sevdiyi əsas truppa üzvləri başqa yerlərdə daha
yaxşı təmin olunacaqlarına ümid edərək tam iflas nəticəsində heç bir vəsaiti ol-
mayan rəhbərliyə teatrı tərk etdiklərini bildirdilər. Canımı əsl qorxu aldı. “Sevgi
qadağası”nın tamaşaya qoyulması böyük şübhə altında idi. Lakin truppanın ümu-
mi simpatiyası sayəsində həm ifaçıları martın sonuna qədər gözləməyə razılaş-
dırdım, həm də vaxt azlığından çox yorucu olan operanın öyrənilməsi prosesinə
başlamalarına nail oldum. Bu vaxt ərzində daha iki tamaşa təşkil etmək lazım
idi. Beləliklə, bütün məşqlər üçün cəmi on günümüz var idi. Əlbəttə, bu ağılsız
təşəbbüs idi. Axı, söhbət hamının başa düşdüyü vokal əyləncəsindən yox, çoxsaylı
və mürəkkəb ansambl nömrələrindən ibarət böyük operadan gedirdi. Ancaq mən
arzularımı elə gərginlik üzərində qururdum ki, ifaçılar mənə olan hörmətə görə
səhərdən axşama qədər fasiləsiz çalışırdılar. Buna baxmayaraq səhnə ifasından
zərrə qədər əminlik yaranmadığı və əldən düşmüş heyət rolları pis yadda saxla-
dığı üçün sonda bütün ümidlərim yalnız mənim dirijorluqdakı zirəkliyimlə nail
ola biləcəyimiz möcüzəyə bağladım. Mənim ifaçılara kömək etmək, inamsızlıqları
ilə mübarizə aparmaq və onların zahiri rahatlığını saxlamaq üçün özünəməxsus
qabiliyyətim barədə azsaylı orkestr məşqlərindən nəticə çıxarmaq olardı. Daima
suflyorluq edir, yüksək səslə oxumaq və həvəsləndirici nidalarla hamını lazımi
istiqamətdə elə saxlayırdım ki, yəqin hər şey kifayət qədər dözülən şəkildə baş
verə bilərdi. Təəssüf, biz bir şeyi nəzərə almamışdıq. Tamaşaçıların iştirakı ilə
verəcəyimiz tamaşada dramatik-musiqili maşını hərəkətə gətirmək üçün bütün
vasitələr yalnız mənim dirijor çubuğumun işarələri və üz ifadəmlə məhdudlaşmalı
idi. İfaçılar, xüsusilə kişi heyəti həqiqətən o dərəcədə zəif idilər ki, ifadan alınan
təəssüratı iflic edən tam bir inamsızlıq hakim oldu. Çox zəif yaddaşı olan tenor