119
Rixard Vaqner
Mənim həyatım
Freymüller var-gücü ilə dağal-davakar Lüsionun canlı və dəliqanlı xasiyyətini
vermək istəyirdisə, “Fra Diavolo” və “Sampa”dan qalan köhnə ağlasığmaz
dərəcədə dəbdəbəli rəngarənglik sultanın lələkləri kimi ona mane olurdu. Həm də
rəhbərlik heç librettonu çap etdirmək əziyyətini belə çəkmədiyi üçün yalnız ifa ilə
çatdırılan hadisələri anlamayan tamaşaçıları qınamaq olmazdı. Yaxşı qəbul olunan
bir neçə qadın partiyaları istisna olmaqla, mənim cəsarətli, enerjili ifaya və həm də
eləcə də dilinə ümid etdiyim bütöv əsər, anlaşılmaz orkestr və tez-tez mübaliğəli
dərəcədə zilə qalxan ifayla müşayiət olunan musiqili kölgə oyununa bənzəyirdi.
Müxtəlif musiqi çalarlarına münasibəti xarakterizə etmək üçün qeyd edim ki, ope-
ranı çox bəyənən bir Prussiya hərbi kapelmeysteri gələcək işlərim üçün mənə türk
barabanı ilə rəftarla bağlı xoşməramlı məsləhətlər verməyi lazımlı bilmişdi. Lakin
bu heyrətamiz gənclik işimin sonraki, taleyi barədə danışmamışdan əvvəl onun
ədəbi hissəsinin təsvirində dayanmaq istəyərdim.
66
Şekspirin mahiyyətcə ciddi pyesi mənim əlimdə aşağıdakı kimi işlənmişdi.
Siciliya kralı Neapola səyahət etmək üçün ölkəsini tərk edir və təyin etdiyi
ştathalterə (onun alman əsilli olduğunu vurğulamaq üçün sadəcə adını Fridrix
qoymuşdum) sərt adam olan hökmdarın xoşuna gəlməyən paytaxt adətlərində,
əxlaq qayda-qanunlarında köklü islahatlar aparmaq üçün kral hakimiyyətinin bü-
tün səlahiyyətlərini və imtiyazlarını verir. Pyesin əvvəlində hakimiyyət qulluqçu-
larını Palermonun əyalətlərindən birində qızğın iş başında yaxalayırıq: onlar
müxtəlif xalq əyləncə yerlərini bağlayır, dağıdır və sahibkarlarla xidmətçiləri qa-
zamata salırlar. Xalq onlara müqavimət göstərir. Böyük qırğın baş verir. Sbirrlərin
başçısı Brigella (basso-buffo) sakitliyə çağıran baraban zərbələrindən sonra
dözülməz vurhavurda, basabasda ştathalterin ən yaxşı adətlərin aşılanması üçün
lazımlı tədbirlərin görülməsi barədə sərəncamını oxuyur. Ümumi lağlağı başlayır,
xor həcvəbənzər mahnılar oxuyur. Gənc zadəgan və əhlikef Lüsio (tenor) özünü
xalq rəhbəri olaraq təklif edir və dostu Klavdinin (o da tenor) qazamata aparılma-
sını görən kimi xalqın dərdini özününkü kimi hiss edir. O, Klavdidən öyrənir ki,
Fridrixin axtarıb tapdığı qədim bir qanun əsasında onu sevgi üstündə edam cəzası
gözləyir. İndiyə qədər birləşmələrinə valideynlərin nifrəti səbəb olan sevgilisi isə
artıq onun uşağını dünyaya gətirib. Qohumların narahatlığına Fridrixin puritan
meylləri də əlavə olunur. Klavdi isə ən pis sonluğu gözləyir və mərhəmətə yalnız
bir halda ümid edir. Bəlkə bacısı İzabellanın havadarlığı bu sərt adamın ürəyini
yumşaldar. Lüsio dostuna söz verir ki, təzəcə Müqəddəs Yelizaveta monastırında
xidmətə başlayan İzabellanı tapacaq. Monastırın sakit divarları arasında yeni qa-