Rixard Vaqner
Mənim həyatım
120
yıtmış dostu Marianna ilə səmimi söhbət edən İzabella ilə tanış oluruq. Marianna
uzun müddət ayrı qaldığı İzabellaya onu bura gətirən kədərli taleyi barədə danı-
şır. Yüksək vəzifə tutan adamlardan biri əbədi sədaqət andı içərək onu gizli sevgi
münasibətlərinə sövq edib. Lakin ağır məqamda o, qızı tərk edib və indi isə
qüdrətli bir adam, daha dəqiqi, sonradan kralın canişini olan həmin adamMarian-
nanı izləməyə başlayıb. İzabella etirazını odlu-alovlu sözlərlə bildirir və onu yal-
nız bir qərar sakitləşdirir. O, qərara alır ki, bu cür dəhşətli hadisələrin törədildiyi
və cəzasız qaldığı dünyanı tərk etməlidir. Lüsio ona qardaşının taleyi barədə xəbər
gətirəndə o, günahsız insana qəddar cəza verən ştathalterin ikiüzlülüyünə daha
çox təəccüblənir. Axı, qardaşı adını xəyanətlə ləkələməmişdi. Onun bu cür çıxışı
Lüsioya cazibədar görünür. İzabellaya ehtiraslı sevgi bəsləyən Lüsio qıza monas-
tırı həmişəlik tərk edib ona ərə gəlməsi üçün yalvarır. Lakin qız dərhal və ləyaqətlə
cürətli gəncə təklifinin yersiz olduğunu bildirir. Buna baxmayaraq tərəddüd
etmədən ştathalterin məhkəməsinə gedərkən Lüsionun bələdçiliyini qəbul edir.
Sbirrlərin şefi Brigellonun rəhbərlik etdiyi məhkəmə səhnəsi müxtəlif əxlaq
cinayətkarlarının komik sorğusu ilə başlayır. Vəziyyətin ciddiliyi Fridrixin qaran-
lıq fiqurunun peyda olması ilə kölgələnir. Etiraz edən xalqa susmaq əmri verdikdən
sonra Klavdinin sorğu-sualını ən sərt formada özü keçirir. Fikrindən dönməyən
hakim hökmü səsləndirmək istəyəndə İzabella ortaya çıxıb canişinlə təkbətək da-
nışmaq üçün izn istəyir. O özünü ələ alır və yalnız nifrət etdiyi dəhşətli adamın
ürəyiyumşaqlığına və mərhəmətinə xitab etməyə çalışır. Canişinin etirazları qızın
duyğularını gücləndirir. O, qardaşının əməlini təsirli təsvir edir və bu qədər insa-
ni, üzrlü səhvin bağışlanmasını xahiş edir. Bu hərarətli müdafiənin təsir etdiyini
görüb daha da həvəslənərək qəddar, içinəqapalı hakimin şəxsi hisslərinə yönəlir.
Axı, bu ürək də İzabellanın qardaşını sehrləyən duyğulara həmişə qapalı olmayıb.
Qız da bunu bilib qorxu dolu yalvarışla canişini öz həyatını yada salmağa səsləyir.
Və bu ürəyin buzu əriyir. İzabellanın gözəlliyi qəlbinin dərinliklərinə toxunmuş
Fridrix özünə hakim kəsilə bilmir. O, İzabellaya söz verir ki, əgər hisslərinə qarşı-
lıq versə, istədiyi hər şeyi edəcək. Sözlərinin gözlənilməz təsirini anlayan İzabella
karıxıb pəncərəyə atılır ki, bu ikiüzlü adamı camaatın qarşısında ifşa etsin. Fridrix,
ümidsizliyin verdiyi enerji ilə, İzabellanı fikrinin imkansızlığına inandıranda
qəzəbli kütlə məhkəmə zalına yaxınlaşır. Canişin deyir ki, bu ittihamlardan
müdafiə olunmaq və camaatı inandırmaq üçün onun dediklərini ürəklə inkar
etmək və ya qızı sınadığını söyləməsi kifayət edəcək. İzabella utanıb sıxılaraq
hərəkətinin mənasızlığını anlayır və səssiz ümidsizlikdən əzab çəkir. Fridrix bir
daha xalqa qərarlarını xatırladıb günahkarın cəzasını elan edəndə Mariannanın
taleyi barədə acı xatirələri yada salan İzabellanın ağlına, gücün edə bilmədiyinə
hiyləgərliklə nail olmaq fikri gəlir. Onun əhvalı qəfil dərin kədərdən hədsiz şənliyə
çevrilir. O, qəmli qardaşına, məğlub dosta və özünü itirmiş xalqa müraciət edib