121
Rixard Vaqner
Mənim həyatım
deyir ki, ştathalterin indicə qadağan etdiyi karnaval bu dəfə daha səs-küylü
keçəcək. Bu dəhşətli əxlaq keşikçisi özünü qəddar göstərir ki, qadağan etdiyi
şeylərdə yaxından iştirakı ilə hamını çaşdırsın. Hamı qızın dəli olduğunu düşü-
nür, Fridrix isə tündməcaz ehtirasla onu anlaşılmaz hoqqasına görə qınayır. Lakin
İzabella bir neçə söz deyir və Fridrix ağlını itirir. Qız onun bütün arzularını yerinə
yetirəcəyini pıçıldayır və növbəti axşam onu xoşbəxt edəcək xəbəri göndərəcəyinə
söz verir. Birinci akt belə yüksək gərginlikdə bitir. İkinci aktın əvvəlində qardaşını
həbsxanadaziyarət edibonunxilasa layiqolub-olmadığını sınayanqəhrəmanımızın
tələsik hazırladığı planı öyrənirik. O, qardaşına Fridrixin utancverici təkliflərini
açır və soruşur ki, qardaş bacısının rüsvayçılığı hesabına öz həyatını xilas etməyə
razıdırmı? Səmimi təəccübünü və özünü qurban verməyə razı olduğunu bildirən
Klavdi, sağollaşanda bacısına tapşırır ki, tənha qoyduğu sevgilisinə salam çatdır-
sın. Artıq o tədricən həvəsdən düşür və mütəəssirlikdən zəifliyə keçir. Qardaşına
xilası barədə xəbər vermək istəyən İzabella onun ruhdan düşdüyünü və həyat eş-
qini etiraf edib xilasına görə tələb olunan şeyi qəbul edə biləcəyini deməyə qədər
alçaldığını görüb heyrətlənir. Qız xilasa layiq olmayan qardaşını özündən itələyib
deyir ki, o, ölüm biabırçılığı ilə yanaşı bacısının nifrətini də qazanır. İzabella qar-
daşını həbsxana nəzarətçisinə təslim edib yenidən şən və qayğısız görkəm alır. O,
cəsarətsiz qardaşını taleyinin məchulluğu ilə cəzalandırmaq istəyir. Amma onu
dünyanı öz qanunları ilə idarə etmək istəyən riyakardan xilas etmək qərarında
qalır. İzabella Mariannanı xəbərdar edir ki, Fridrixə təyin etdiyi görüşdə onun ye-
rini tutsun. İzabella düşməni tamamilə məhv etmək üçün onun qadağan etdiyi
əyləncə yerlərinin birində maskalar altında görüşməyi təklif edir. İzabella Lüsionu
da düşünülməmiş rəftarına görə cəzalandırmaq istədiyi üçün Fridrixin təklifinə
boyun əyməli olduğunu elə rahat deyir ki, hərdəmxəyal gənc bundan heyrətlənir
və qəzəblənir. O, and içir ki, mərhəmətli qızın buna dözməyinə baxmayaraq bu
cür qəbulolunmaz biabırçılığa izn verməkdənsə, üsyan edib bütün şəhəri yandı-
rar. Həqiqətən o, guya qadağan olunmuş karnavalın açılışı üçün dəvət etdiyi dost-
tanışlarınu korsonun qarşısında toplayır. Gecənin düşməsi ilə orada şənlik və səs-
küy başlayır və Lüsio “Kim bizimlə oxumasa, o xəncərə tuş gələr...” nəqarəti ilə
bitən məzəli mahnı ilə kütləni açıq, qanlı etisraza hazırlayır. Brigellanın rəhbərlik
etdiyi ordu yığıncağı dağıtmaq üçün yaxınlaşır və iğtişaş təhlükəsi yaranır. Lakin
Lüsio tələb edir ki, kütlə geri çəkilib dağılsın və yaxınlıqda gizlənsin. Belə ki o,
əvvəlcə əsas qurbanını tutmalıdır. İzabella ştathalterlə yalançı görüşü üçün məhz
bu yeri işarə etmişdi. Lüsio da onu pusurdu. O, maskaya bürünmüş düşmənini
tanıyır, yolunu kəsir. Fridrix onun əlindən güclə xilas olmaq istəyəndə Lüsio qılın-
cıını çıxarıb qışqıra-qışqıra onun arxasınca düşür. Lakin İzabellanın əmri ilə kol-
luqda gizlənən pusqu onun yolunu kəsir və səhv izlərə yönəldir. Bu dəqiqələrdə
Mariannaya sədaqətsiz ərini qaytardığı üçün sevinən İzabella peyda olur. Hətta