Rixard Vaqner
Mənim həyatım
122
İzabella əlində qardaşının əfv fərmanını tutduğunu düşünərək intiqamdan imtina
etməyi belə düşünür. Lakin məşəl işığında möhürü sındıranda o anlayır ki,
əlindəki edamın tezləşdirilməsi barədə fərmandır. İzabella qardaşından əfv oluna-
cağını gizlətmək üçün həbsxana işçisinə rüşvət də vermişdi. İçini gəmirən ehtirasa
israrla müqavimət göstərdikdən sonra rahatlığını əlindən alan qadından imtina
edəcək qədər güclü olmadığını anlayan Fridrix cinayətkar kimi olsa da, ləyaqətli
biri olaraq ölmək qərarına gəlir. İzabella ilə bir saat bir yerdə olmağın əvəzini
Klavdinin edam olunacağı qanuna uyğun olaraq ölümlə ödəyəcək. Bu hərəkətlə
riyakar insanın alçaqlığının daha bir sübutunu görən İzabella yenidən ümidsizliyə
qapılır. Onun üsyan çağırışına təşviş və qəzəblə dolub-daşan xalq axışır. Lakin
özünü yetirən Lüsio xalqı qadının kininə inanmamağa səsləyir və deyir ki, yəqin
İzabella onu aldatdığı kimi digərlərini də aldadacaq. O, İzabellanın yalançı səda-
qətsizliyindən çəkdiyi əzabla hərəkət edir. İzabella yenidən çaşır, məyus olur.
Qəfil səhnə arxasından Brigellanın komik kömək nidaları eşidilir. Sən demə, özü
də sevgi məsələsinə qarışan Brigella qısqanclıqdan və anlaşılmazlıqdan maska
geymiş ştathalteri tutubmuş. Fridrix və qorxudan ona qısılan Mariannanın
üzündən maskaları çıxarırlar. Camaatın təəccüb, çaşqınlıq və sevinc səsləri ucalır.
Tez lazımlı izahatlar baş verir. Fridrix qayıtması gözlənilən kraldan özü üçün
məhkəmə və edam tələb edir. Qələbəni qeyd edən xalqın həbsxanadan azad etdiyi
Klavdi xalqa anladır ki, ölüm hökmü heç də həmişə sevgi məsələlərinə görə veril-
mir. Kralın limana qəfil gəlişini qasidlər xəbər verirlər. Xalq təntənəli nümayişlə
sevimli hökmdarını qarşılamağa gedir. Kral isə yaxşı anlayır ki, almanların qatı
puritanizmi istiqanlı Siciliyaya uyğun deyi. Onun sözlərinə görə, gurultulu bay-
ramlar onu “kədərli qanunlar”dan daha çox sevindirir. Fridrixlə yenidən birləşdiyi
sevgilisi Marianna şadyanalığa başçılıq edir, onları monastırdan həmişəlik uzaqla-
şan İzabella ilə Lüsio izləyir.
67
Bu şən və bir çox cəhətdən cəsarətli səhnələri müvafiq dillə, diqqətlə işlənmiş
şeirlərlə yazmışdım ki, onların bəzilərinə artıq Laube öz mərhəmətli diqqətini də
yetirmişdi. Əvvəla, polis operamın adının uyğun olmaması qərarına gəlmişdi
və onu dəyişməyəcəyim təqdirdə operamın səhnəyə qoyulması ümidi tamamilə
puç olacaqdı. Təsadüfən elə gətirmişdi ki, “Əzab həftəsi”ydi və bu vaxt teatrda
şən və yüngül məzmunlu əsərlər nümayiş etdirmək qadağandı. Xoşbəxtlikdən,
danışıqlar apardığım magistrat üzvü mətnin məzmunu ilə yaxşı tanış deyildi və
mən onun Şekspirin ciddi bir pyesi əsasında tərtib olunduğunu dedikdə operanın
adının “Palermodan olan itaətkar”a dəyişdirilməsi kifayət etdi. Bu ad tamamilə