123
Rixard Vaqner
Mənim həyatım
sakitləşdirir və heç bir şübhə oyatmırdı. Lakin məsələ uğursuz “Pərilər”i yeni
tamaşa ilə əvəzləməyə çalışdığım Leypsiqdə yeni istiqamət aldı. Qızının debütü
üçün Marianna rolunu təklif edərək tərəfimə çəkməyə çalışdığım direktor Rin-
gelhardt operanın məzmununda inandırıcı bir bəhanə tapıb operanı rədd etməyə
çalışdı. O, bildirdi ki, Leypsiq magistratı onu səhnələşdirməyə icazə versə də, özü
vicdanlı bir ata kimi qızının bu operada iştirak etməsinə izn verməyəcək.
Amma operanın şübhəli məzmunu Maqdeburqda mənim üçün heç bir
çətinlik yaratmadı. Çünki auditoriya anlaşılmaz ifa sayəsində mətni anlaya
bilməmişdi. Bu şərait və operanın etik tendesiyasına qarşı müxalifətin olmama-
sı, onun ikinci dəfə səhnələşdirilməsinə imkan verdi. Heç kim operada qəbahətli
bir şey görmədiyi üçün tamaşa bu dəfə də etirazla qarşılanmadı. Mən əsərimin
heç bir uğur qazanmadığını yaxşı anlayırdım. Çünki tamaşaçılar onun mənasını
qətiyyən dərk etməmişdilər. Lakin ikinci tamaşa həm də truppamızın son tama-
şası olduğu üçün böyük gəlirə ümid edərək biletə “tam” qiymət təyin etməkdən
çəkinməmişdim. Uvertüranın başlanğıcında zalda heç olmasa bir neçə nəfərin olub-
olmadığını deyə bilməyəcəm, ancaq bir qədər sonra parterdə oturan madam Qot-
şalkla ərini və dərhal gözümə sataşan bəzəkli-düzəkli polşa yəhudisini gördüm.
Amma yenə də dinləyicilərin artacağını gözləyirdim. Lakin kulisdə gözlənilməz
şeylər baş verməyə başladı. İzabellanı ifa edən primadonnanın əri Pollertlə ikin-
ci tenor Şreyber arasında mübahisə baş vermişdi. Onsuz da dilxor olmuş Polletr
Klavdini ifa edən bu yaraşıqlı gəncə çoxdan qısqanclıq edirdi. Səhnə pərdələrinin
arasından baxıb mənim kimi zalın acınacaqlı vəziyyətdə oluğunu anlayan ər, bu
anın teatra zərər vermədən arvadının məşuqundan intiqam almaq üçün olduğuna
qərar vermişdi. Döyüldüyü üçün ağzı-burnu qan içində qalan Klavdi qarderob
otağında gizlənməyə məcbur olmuşdu. Bunu eşidən İzabella özündən çıxmış hal-
da ərinin üstünə düşəndə elə güclü sillələrlə qarşılaşmışdı ki, tamamilə isterikaya
düşmüşdü. Truppanın həyəcanı tezliklə bütün sərhədləri keçdi. Məsələnin lehinə
və əleyhinə olan qruplar yarandı və bir az da keçsə iş ümumi davaya qədər gedib
çıxacaqdı. Görünür, hamı bu bədnam axşamı bütün təhqirlərin əvəzinin çıxılması
üçün əlverişli fürsət hesab edirdi. İstənilən halda “qadağan olunmuş sevgi”dən
zərər çəkən cültük həmin axşam səhnədə çıxış edəcək vəziyyətdə deyildi. Ön
səhnəyə göndərilmiş rejissor kiçik, lakin əcaib şəkildə seçilmiş tamaşaçı qrupuna
qəfil yaranmış maneələr” səbəbi ilə tamaşanın baş tutmayacağını bildirdi.
Maqdeburqdakı dirijorluq və bəstəkarlıq fəaliyyətim belə sonuclanmışdı.
Halbuki, başlayarkən elə çox şeylər vəd edib xeyli qurban tələb etmişdi ki. Bundan
sonra “incəsənət sevinci” “həyatın ciddiliyi” qarşısında tamamilə geri çəkilmişdi.
Vəziyyətim barədə düşünməyə dəyərdi və qarşımda açılan mənzərə elə də
fərəhləndirici deyildi. Minna ilə birlikdə operamın uğuru barədə qurduğumuz
bütün ümidlər puç olmuşdu. Gəlirə ümid edən kreditorlarım istedadıma inamla-