Rixard Vaqner
Mənim həyatım
124
rını itirərək məhkəmə iddiaları vasitəsilə yalnız vətəndaş kimliyimə üz tutmuşdu-
lar.
Breiter Weg”
dəki kiçik evimə nifrət edirdim. Belə ki, hər dəfə evə qayıdanda
qapıya yapışdırılmış məhkəmə kağızı ilə qarşılaşırdım. Şıltaq pudelim itdikdən
sonra mənzili tamamilə atdım. Bunu gələcək uğursuzluqlarımın rəmzi hesab edir-
dim. İndi sevinc dolu inama və zirəkliyə malik Minna, həyatımdakı son, yüksək
dərəcədə faydalı köməkçim idi. O, uzaqgörənlik edərək öz qeydinə qalmışdı və
Köniqsberq teatrının rəhbərliyi ilə kifayət qədər əlverişli müqavilə imzalamağa
hazırlaşırdı. Deməli, mənim də orada muzikdirektor vəzifəsinə düzəlməyim üçün
çalışmaq lazım idi. Hərçənd, o yer boş deyildi. Buna baxmayaraq Köniqsberq teat-
rının direktoru Minna ilə yazışmalardan onun razılığının yalnız mənimlə birlikdə
işləmək imkanından asılı olduğunu anlayaraq, bu vəzifənin tezliklə boşalacağına
və mənim onu tutmağa hazır olduğuma ümid etdiyini bildirmişdi. Biz razılaşdıq
ki, əvvəlcə Minna Köniqsberqə tək gedəcək və mənim də gəlməyim üçün şərait
hazırlayacaq. Bu planı həyata keçirənə qədər Maqdeburqda qorxulu və təhlükəli
bir dövr keçirdik. İşlərimi qaydasına qoymaq üçün Leypsiqdə şəxsən bir şeyə nail
olmaq cəhdləri edirdim. Bu cəhdlərin arasında yuxarıda qeyd etdiyim kimi teatrın
direktoru ilə yeni operanın səhnələşdirilməsi barədə danışıqlar da var idi. Lakin
tezliklə anladım ki, daha doğma şəhərimdə, ailəmin vahiməli yaxınlığında yaşaya
bilmirəm və bu narahatlıq məni uzaqlaşdırırdı. Evdəkilər həyəcanlı, ruhdan düş-
müş və müəmmalı əhvalımı sezmişdilər. Anam Allaha and verib məni bu gənc
yaşda heç bir matrimonial planlara baş qoşmamağa səsləyirdi. Mən isə susurdum.
Vidalaşanda Rozaliya məni yola salmaq üçün pillələrə çıxdı. İşlərimi düzüb-qo-
şub tezliklə qayıdacağıma söz verirdim, onunla adi tərzdə sağollaşmaq istəyirdim.
O, əlimdən tutdu və düz gözlərimin içinə baxıb dedi: “Allah bilir, bir də səni nə
vaxt görəcəm!”. Bu sözlər ürəyimə, təmiz olmayan vicdanıma sancıldı. Yalnız iki
il sonra onun qəfil ölüm xəbərini alanda bu sözlərin yaxınlaşan ölüm hissini ifadə
etdiyini anladım.
68
Bundan sonra Maqdeburqda Minnanın yanında bir neçə həftə keçirdim.
O, mənim hədsiz dərəcədə sıxıntılı vəziyyətimi bacardığı qədər yumşaltmağa
çalışırdı. Ayrılığı və aradakı naməlum müddəti nəzərə alıb demək olar ki, Min-
nanın yanından ayrılmırdım. Bizim yeganə əyləncəmiz şəhərin uzaq yerlərində
gəzintilərdən ibarət idi. Qorxuducu işarələr əhvalıma pis təsir edirdi. Sanki
tərk edilən keçmişi ələ salaraq Maqdeburqun qaranlıq küçələrini dolduran ilıq
may günəşi bir dəfə elə tutulmuşdu ki, indiyə qədər həyatımda buna bənzər
bir şey görməmişəm. Bu hadisə məni dəhşətə gətirmişdi. Gəzintilərin birindən