125
Rixard Vaqner
Mənim həyatım
qayıdarkən Elbanın üstündəki körpüdən suya atılan adam görmüşdük. Biz sahilə
qaçıb kömək çağırmağa başladıq. Sahilboyu su dəyirmanlarından birinin sahibi
axınla mübarizə aparan bədbəxtə qarmaq uzatmaq qərarına gəldi. Axın onu düz
dəyirmanın altına aparırdı. Biz təsvirolunmaz dəhşət içində əsas anı gözləyirdik
və boğulan adamın qarmaqdan yapışdığını gördük. Amma o, qarmağı əlində sax-
laya bilməyib bir daha çıxmamaq üçün dəyirmanın altına getdi. Bikef halda sa-
ğollaşmaq üçün Minnanı poçt arabasına qədər üzüntüylə ötürdüyüm səhər, şəhər
əhalisi səhradakı çarxlı edama baxmaq üçün darvazalardan çıxmağa tələsirdi.
Cinayətkar qısqanclıqdan nişanlısını öldürmüş əsgər idi. Bundan sonra son dəfə
mehmanxanaya nahar etmək üçün gedəndə dörd bir tərəfdən prussayağı milli eda-
mını iyrənc təfərrüatlarını eşitməli olmuşdum. Musiqi pərəstişkarı olan bir gənc
asessor, Qalledən çıxarılmış bir cəlladla edam edilənin daha tez və insani yollarla
öldürülməsi barədə söhbətini nəql edir, o dəhşətli adamın şıq geyimini, nəcib dav-
ranışlarını əti ürpəşərək xatırlayırdı. Yaradıcı fəaliyyətimin, vədəndaş sərbəstliyi
yolundakı yaşantılarımın ilk səhnəsi Maqdeburqdan qalan son təəssüratlarım belə
idi. Hər dəfə uğur və ya maddi qazanc axtardığım şəhərləri əbədiyyən uzaqlaşır-
mış kimi tərk edəndə, bu xoşagəlməz hisslər yenidən canlanırdı. Bu cür ümidlər
bağladığım yerləri tərk edəndə özümü həmişə belə hiss edirdim.
69
1836-
cı ilin 18 mayında ilk dəfə Berlinə gəldim və bu iddialı kral şəhərinin
özünəməxsus siması ilə tanış oldum. Bir neçə ay əvvəl Minnanın qaldığı
Köniqştrassedəki “Kronprins” mehmanxanasında sadə sığınacaq tapmışdım.
İşlərimin hansı vəziyyətdə olduğunu biruzə vermədən sadə şəkildə yaşamaq lazım
idi. Berlində Laubeni tapmağım məni bir qədər ruhlandırmışdı. O, məhkəmə hök-
münü gözləyir, ədəbi işlə məşğul olurdu. Laube “Qadağa”mın taleyində yaxından
iştirak edərəkməsləhətləri və şəxsi tanışlıqları ilə kömək edir, operamınKöniqştedter
teatrında səhnələşdirilməsinə nail olmağı arzulayırdı. Bu teatra Berlin cəmiyyətinin
ən orijinal əsərlərindən biri olan və Prussiya kralı tərəfindən “ komissiya müşaviri”
tituluna layiq görülmüş Serf adlı bir nəfər rəhbərlik edirdi. Onun saraydakı nüfuzu
bəzi xoşagəlməz səbəblərlə izah olunurdu. Amma onun sayəsində bu saray teatrı
imtiyazlarını genişləndirməyə nail olmuşdu. Böyük operanın acınacaqlı vəziyyəti
tamaşaçıları Köniqştedt səhnəsinin uğurla quruluş verdiyi yüngül janra üstünlük
verməyə vadar edirdi. Bu uğurdan sərxoş olmuş direktor gözəgirən mütəxəssis
əminliyi ilə teatrın bacarıqla idarə olunmasını adi, təhsilsiz adamlardan gözləməyin
mümkün olduğunu deyənlərin sözlərini təsdiqləyir və bütün münasibətlərdə bu
xoşbəxt xəbərsizliyini ən məzəli şəkildə qorumağa davam edirdi. O, təbii instinktinə