Rixard Vaqner
Mənim həyatım
126
güvənərək teatrında xidmət edən artistlərə münasibətdə tamamilə diktator mövqeyi
tutmuşdu. Öz mülahizələrinə əsasən cəzalandırır və əfv edirdi. Mənə elə gəlirdi ki,
onun xasiyyətinin bu cizgilərindən istifadə etmək olar. İlk ziyarətimdə Serf elan etdi
ki, onun xoşuna gəlirəm, lakin məni tenor ampluasında qəbul etməyi üstün tutar-
dı. Həmçinin “Sevgi qadağası”nın qoyulması üçün heç bir etiraz görmədən dərhal
vəd verdi. O, kapelmeyster vəzifəsini mənə verməyi xüsusilə istəyirdi. Operanın
heyətini yeniləmək istəsə də, əvvəlki ifaçıların tərəfdarı olan kapelmeyster, “Qartal
yuvası”nın müəllifi Qlezerin onun tədbirlərinə mane olacağını ehtimal edirdi. Serf
məni heç olmasa “yeni ifaçıların tərəfini saxlayan” bir işçiyə sahib olmaq niyyətiylə
qəbul etmək istəyirdi. Hər şey elə tez baş vermişdi ki, taleyimin xoşbəxt istiqamət al-
dığına inana və qayğılardan üzülmüş ürəyimin rəngarəng ümidlərlə dolduğunu hiss
edə bilərdim. Bu xoş ümidlərə yenicə alışırdım ki, binamın qumdan tikildiyi məlum
oldu. Serfin sırf öz əyləncəsi üçün mənə qarşı qurduğu demək olar ki, pisniyyətli ya-
lanın artan sübutları məni sözün əsl mənasında dəhşətə gətirdi. Hakimi-mütlqələrə
xas vərdişlərə əsasən o, birbaşa və şəxsən mənə rəğbətini bildirmişdi. Amma verdiyi
sözləri geri götürdü və məmurları, katibləri vasitəsilə sözünün etibarsız olduğunu
bildirdi. Mənə olan müstəsna münasibətini isə qəfil hakim-məmur bürokratiyasın-
dan uydurma asılılıq məcrasına çevirdi. Heç bir kompensasiya ödəmədən məndən
qurtulmaq istəyəndə, haqlarında xəbərdarlıq etdiyi və onlara qarşı durmaq üçün
dəstəyimi istədiyi insanlara aramızda olan söhbət və qəbul olunmuş bütün qərarlarla
bağlı təmmənaçı sifəti ilə çək-çevir etmək məcburiyyətində qaldım. Kapelmeyster,
rejissor, katib və digər cənablar arzularımın yerinə yetirilməcəyinin qeyri-mümkün-
lüyünü, direktoru ümidlə gözləyərək boşuna sərf etdiyim vaxta görə mənə heç nə
ödəməli olmadıqlarını sübut edirdilər. Bu xoşagəlməzliklərin artması ilə qaçılmaz
kədərlərin yaxınlaşdığını hiss etdiyimi xatırlayıram.
70
Lakin işlərim daha da pisləşməli idi. Minnanın uğurlu imkanlar barədə
tez-tez məlumat göndərdiyi Köniqsberqdən də sevindirici xəbərlər almırdım.
Oranın direktoru ilə kapelmeysteri arasında münasibətlərin son dərəcə anlaşıl-
maz olduğunu sonradan öyrəndim. Onlar arzu elədiyim işə keçməyimi naməlum
müddətə ləngidirdilər. Lakin ehtimal var idi ki, payızda Köniqsberqdə kapel-
meyster vəzifəsini tutum. Berlində işsiz yaşadığım və Leypsiqə qayıtmaq barədə
düşünmədiyim üçün bu cılız ümidlərdən özümə gəmi qurdum. Bu gəmi məni
Berlinin qumlu dənizindən Baltika körfəzinin xilaskar sularına aparmalı idi.
Amma bu Minnaya olan münasibətim ucbatından ağır və ciddi daxili
mübarizədən sonra mümkün oldu. Kənardan sadə görünən qadın xasiyyətinin bir