127
Rixard Vaqner
Mənim həyatım
əlçatmaz cizgisi gənc ürəyimin dərinliyinə narahatlıq toxumları səpirdi. O vaxta
qədər Maqdeburqda yaşamış yəhudi əsilli, xeyirxah və imkanlı kommersant Şvabe
mənimlə Berlində yaxınlaşdı. Tezliklə anladım ki, bu münasibətlərin əsas səbəbi
onun Minnaya bəslədiyi ehtiraslı maraq imiş. Nəticədə, by insanla Minna arasında
məlum münasibətlərin olduğunu öyrənmişdim. Lakin bunu xəyanət adlandırmaq
olmazdı, çünki Minna rəqibimin bütün cəhdlərini rədd edib məni seçmişdi. Amma
bir fakt məni düşünməyə vadar etdi. Bütün bunlar elə gizli baş verirdi ki, indiyə
qədər bu barədə xırda şübhəm belə yaranmamışdı. İndi mən Minnanın maddi
vəziyyətinin yaxşı olmasında bu insanla münasibətlərinin bir təsiri olub-olmadı-
ğını düşünməyə başlamışdım. Ancaq dediyim kimi, əsl xəyanətdən şübhələnməyə
heç bir əsasım olmadığı üçün yalnız məyusedici, təlaşlı narahatlıq hiss edirdim.
Bu isə məni ümidsizliklə qəbul olunmuş bir qərara sövq etdi. Sevgilimə sahib-
liyimi möhkəmləndirərək müvazinəti bərpa etmək istəyirdim. Mənə elə gəlirdi
ki, Minna ilə aşkar birgəlikdən sonra həm maddi təminatımı, həm də yaradıcı
uğurlarımı artıracam. Teatrdakı iki il ərzində qəlbimin dərinliklərində mənə əzab
verən dağınıq həyat keçirirdim. Dumanlı olsa da, doğru yolda olmadığımı hiss
edirdim. Diqqətimi toplayıb sakitrləşmək istəyirdim və buna, ciddi narahatlıq
mənbəyi olan münasibətlərimizi nikahla sonuclandıraraq nail olmaq istəyirdim.
Yəqin ki, Laube bu ehtiraslı, taqətdən düşmüş və yoxsul gəncin vəziyyətinin yax-
şı olmadığını sezmişdi. Laube ilə həmişə təsəlli tapdığım ünsiyyətimiz mənim
üçün Berlinlə həqiqətən dəyərli münasibətləri aydınlıq gətirirdi. Bu baxımdan
Spontininin şəxsən özünün idarə etdiyi “Ferdinand Kortes”in ifası mənə böyük
təsir bağışlamışdı. Onun ruhu məni heyrətə salmışdı. Xüsusilə, Berlin opera-
sının yüksək təbəqəsinə aid olmayan əsas qəhərmanların heç bir vəchlə Şreder-
Devrienlə müqayisə edilməyən ifasına laqeyd qalsam da, son dərəcədə dəqiq,
alovlu və zəngin təşkil olunmuş bütöv ansambl mənim üçün tamamilə yeni bir şey
idi. Bütün hissələri kəskin ritm vasitəsilə orijinal, heç nə ilə müqayisə edilməyən
sənət növünə yüksəldən böyük teatr tamaşalarının məxsusi möhtəşəmliyi ilə bağ-
lı yeni təsəvvür qazanmışdım. Bu aydın təəssürat məndə möhkəm kök saldı və
Riensi”ni yazarkən bunu əsas götürdüm. Beləliklə, Berlin sənət baxımından inki-
şafımın gedişində iz qoya bilmişdi.
İndi ifrat dərəcədə aciz vəziyyətdən çıxış yolu tapmalı idim. Köniqsberdə
getmək qərarına gəldim, həm bu barədə, həm də bu gedişlə xilas olacağımla bağlı
düşüncə və niyyətlərim barədə Laubeyə məlumat verdim. Bu gözəl insan Berlin
tənhalığıma son qoymaq və məqsədlərə çatmağım üçün enerjili şəkildə mənə təsir
etdi , bunu özünə qeyd-şərtsiz borc bildi, üstəgəl, ona dost münasibəti göstərən bir
neçə şəxsin yardımı ilə səylərim uğurlu nəticə verdi. Laube qəlbimin dərinliklərinə
şəfqətlə baxıb mənimlə sağollaşarkən, hətta kapelmeyster fəaliyyətim uğurlu
olarsa belə bayağılıq bataqlığına sürüklənən teatrın təsirinə düşməməyi, yorucu-