Rixard Vaqner
Mənim həyatım
128
luqdan qurtarmaq üçün isə məşqlərdən sonra sevimli qadının yanına tələsmək
əvəzinə dəyərli bir kitab götürüb şəxsiyyətimi inkişaf etdirməyi məsləhət etdi.
Mən susdum ki, bu da məni yoldan çıxaran sınaqlara, sevgi əzablarına vaxtında
son qoymağım demək idi. Beləcə, iyulun 7-də o vaxt üçün ağır, yorucu səfərə çıxıb
Köniqsberqə yola düşdüm.
71
Günlərlə gediş-gəliş olmayan sərhədyanı çöllüklə irəliləyərkən mənə elə
gəlirdi ki, dünyanın o biri başına gedirəm. Minnanın teatrın yaxınlığındakı Tra-
geym adlı şəhəryanı bir yerdə, yoxsul, uzaq küçələrin birində tutduğu yöndəmsiz
evi axtarıb tapanda Köniqsberqin görünüşünün yaratdığı ilk təəssürat kədərli və
miskin idi. Amma onun xasiyyətinin gülərüz və rəvan xeyirxahlığı tezliklə mənə
yaxşı, təskinedici təsir göstərdi. Onu teatrda xoşlayırdılar, rəhbərlik və auditoriya
ona dəyər verirdi. Bu isə Minnanın nişanlısına da (rəsmən belə hesab edilirdim)
faydalı olmalı idi. İstədiyim vəzifəyə keçmək ümidi zəif olduğu üçün bir yerdə işə
düzələnə qədər dözməli olduğum qərarına gəldik. Minnaya, sonradan mənə də
dostyana münasibət göstərən əsl teatr həvəskarı, heyrətamiz dərəcədə yaxşı insan
Abraam Meller də belə düşünürdü. Bu qoca əski vaxtların teatr tarixində danışı-
lan, artıq Almaniyada yox olmağa başlamış ehtiraslı teatrsevərlərin nümayəndəsi
idi. Gündəlik həyatında təhlükəli ticari spekulyasiyalar ilə məşğul olan bu adamla
birlikdə olanda keçmiş teatr xadimlərinin şöhrəti barədə əhvalatlar eşitmədən bir
dəqiqə belə keçməzdi. Vaxtilə imkanlı şəxs olan Meller demək olar ki, bütün akt-
yor və aktirasalarla tanış olub dostlaşmağı bacarırdı. Təəssüf ki, hədsiz əliaçıqlığı
onun maddi vəziyyətini pisləşdirdi və o müxtəlif gəlirli işlərlə teatr sevgisini təmin
etmək üçün vəsait axtarmağa başladı. O, artistlərə hamilik edir, onların ağır mad-
di vəziyyətinə uyğun şəkildə, az məbləğlərlə yardım göstərirdi. Teatrın direktoru
Anton Hübşün çəkindiyi (buna əsası var idi) bu heyrətamiz adam mənim işlərimi
düzəltməyi öz boynuna götürdü. Çünki yolumda belə bir maneə var idi: həyat
yoldaşını teatrın müvəqqəti buraxıldığı Riqada qoyub gələn, əvvəllər də Maq-
deburq teatrının birinci violonçelçisi kimi tanıdığım dəyərli musiqiçi Lui Şubert
kapelmeyster vəzifəsini tutmaq üçün Köniqsberqə gəlmişdi. O, Riqaya yeni teatr
mövsümündə geri qayıdacaqdı. Lakin Riqa teatrının Pasxaya nəzərdə tutulmuş
açılışı ləngiyirdi və Şubert Köniqsberqi tərk etmək istəmirdi. O, öz işinin bilici-
si idi, dönüşü özündən asılı deyildi deyə direktor Şubertin Riqaya yola düşməsi
tələb olunarsa, həmən onun yerinə keçib vəzifənin öhdəsindən gələ biləcək varis
tapmaqda çətinlik çəkirdi. Buna görə Köniqsberqi tərk etmək istəməyən gənc ka-
pelmeyster həmişə əl altında, ehtiyatda olan əvəzləyici kimi direktora xoş gələ