129
Rixard Vaqner
Mənim həyatım
bilərdi. Direktor vəzifəyə keçənə qədər mənə müəyyən məbləğ ödəməyə hazır
olduğunu bildirmişdi. Şubert isə mənim varlığımdan çox narahat idi. Teatrın açıl-
ması naməlum müddətə təxirə salındığı üçün Riqaya qayıtmaq zərurəti də yoxa
çıxmışdı. Bundan başqa, Köniqsberqdə yaşamaq onun üçün xüsusi maraq kəsb
edirdi. Belə ki, Şubertin Köniqsberq operasının primadonnasına bəslədiyi sim-
patiya həyat yoldaşının yanına qayıtmaq arzusunu soyutmuşdu. Buna görə xü-
susi qısqanclıqla Köniqsberqdəki vəzifəsindən yapışıb mənim şəxsimdə ölümcül
düşmənini gördüyündən, özünümüdafiə instinkti ilə Köniqsberqdə onun gedi-
şini gözləməklə onsuz da ağırlaşan həyatımı cəhənnəmə çevirmək üçün əlindən
gələni edirdi. Maqdeburqda musiqiçilər və ifaçılarla yaxşı münasibətlərdə olsam
da, auditoriyanın rəğbətini qazansam da, burada hər tərəfdən üstümə tökülüşən
təhqiramiz hücumlardan müdafiə olunmalı idim. Tezliklə özünü biruzə verən
düşmən münasibət Köniqsberqdə özümü sürgündə hiss etməyimə səbəb oldu. Bu
şəraitdə Minna ilə evlənməyi tələb etmək ona hiss etdiyim ehtirasa baxmayaraq şü-
ursuz cəsarət olardı. Avqustun əvvəlində bütün truppa bir müddətliyinə Memelə
yola düşdü və mən bir neçə gün sonra Minnanın arxasınca getdim. Səyahətin bö-
yük hissəsi küləkli pis hava şəraitində, Kurişqaf dəniz yolundan keçirdi. Bu çıxdı-
ğım ən darıxdırıcı səfərlərdən biri idi. Körfəzi Baltik dənizindən ayıran dar qumlu
zolaqda mənə Hoffmanın ən qorxulu hekayələrindən birinin hadisələrinin (“Ma-
yorat”) cərəyan etdiyi Runzinet qəsrini göstərmişdilər. Uzunmüddətli fasilədən
sonra bu səhralıq və kədərli yerdə gəncliyimin fantastik arzuları ilə yenidən qar-
şılaşdım və canımı vahimə bürüdü. Memeldəki kədərli günlər, orada oynamalı
olduğum acınacaqlı rol, yeganə dəstəyi və təsəllini uğrunda yeni qorxunc sınaq-
ları qəbul etdiyim Minnada tapmağa vadar edirdi məni. Dostumuz Abraam da
yanımıza gəldi. O, mənə kömək etmək istəyirdi və müxtəlif fırıldaqlara əl ataraq
direktorla kapelmeysteri dalaşdırmağa çalışırdı. Bir dəfə yeməkxanada Hübşlə
mübahisə edən Şubert xəstə olduğu üçün “Evrianta”nın orkestr məşqlərinə gələ
bilməyəcəiyini bildirdi. Bununla direktorun məni tələsik dirijorluq etməyə çağı-
ramağını istəyirdi. O, ümid edirdi ki, nadir hallarda göstərilən və bu çətin ope-
raya hazırlıqsız olduğum üçün qabiliyyətsizliyimi sübut edəcəm. Və bu da onun
xeyrinə olacaq. Heç vaxt “Evrianta”nın partiturası ilə tanış olmasam da, onun
niyyəti həyata keçməyəcəkdi. Ona görə Şubert dirijorluq etmək üçün tamaşaya
qədər sağalmaq qərarına gəldi. Lakin mən vəzifəmin öhdəsindən gəlməsəydim,
o bunu etməzdi və tamaşa təxirə salınardı. Yoxsulluğa, təhqirlərə dözərək, canı-
ma əsməcə salan, hətta yayda da qanımı donmağa məcbur edən sərt iqlimdən
əziyyət çəkərək, yalnız maddi qayğıların aradan qaldırılması üçün çalışaraq yara-
dıcı inkişafım baxımından tamamilə boşa sərf olunmuş dövr yaşayırdım. Nəhayət,
Köniqsberqə qayıdandan sonra Mellerin də israrları ilə gələcəyimizi götür-qoy
etmək qərarına gəldik. Dansiqdə yaşayan bacım və yeznəm Volframın köməyi ilə