Rixard Vaqner
Mənim həyatım
130
Minnayla birlikdə sərfəli təklif almışdıq. Bu fürsətdən istifadə edən dostumuz,
Minnanı itirmək istəməyən direktor Hübşü hər ikimizlə layiqli müqavilə imza-
lamağa məcbur etdi. Bu razılaşmaya əsasən mən gələn ilin Pasxasından kapel-
meyster vəzifəsinə təyin olunmalıydım və dirijorluğum altında toy benefisimiz
keçirilməli idim. Bu tamaşa üçün “Portiçidən olan lal”ı seçmişdik. Meller qərara
gəlmişdi ki, biz evlənib toy etməliyik. Çünki daha bu cür yaşamaq olmazdı. Min-
na etiraz etmirdi, mən isə əvvəlki qərarlarım və səylərimlə özümə belə sakit li-
mana çəkilməyi hər şeydən daha çox istədiyimi sübut etmişdim. Lakin qəlbimin
dərinliklərində xoşagəlməz şeylər baş verirdi.
72
Mən Minnanın həyat tərzi və xasiyyəti ilə kifayət qədər tanış idim. Ona görə
belə ciddi addımda vacib olan mülahizələri yürüdəcək qədər yetkin olsaydım,
xasiyyətlərimizin ayrıldığı əhəmiyyətli nöqtələri aydın təsəvvür edə bilərdim.
Gələcək həyat yoldaşım Saksoniya dağlarında, Yederanda əziyyətlə çörəkpulu
qazanan bir ailədə doğulmuşdu. Onun atası hədsiz bir gücə sahib adam idi.
Amma qocaldıqca dəlilik şübhələrinə əsas verən əlamətləri aşkarlanmışdı onda.
Cavan vaxtı Saksoniya qərargahında şeypurçu kimi xidmət eləmişdi və Fransa
yürüşündə, Baqr döyüşünün iştirakçısı olmuşdu. Sonralar o, fiziki əməklə məşğul
olmuşdu. O, daraq hazırlayırdı. Hətta bunun üçün xüsusi qurğu da fikirləşmişdi.
Bir vaxtlar bu işin gəliri kifayət qədər yaxşı idi. Bir dəfə Hemnişdən olan zəngin
fabrikant ona ilin sonuna qədər yerinə yetirmək üçün böyük sifariş vermişdi.
Zərif əlləri bu iş üçün xüsusilə uyğun olan uşaqlar günlər və gecələr boyu işləməli
idilər. Əvəzində yaxşı gəlirə ümid edən ataları onlara şən yeni il bayramı söz ver-
mişdi. Lakin gözlədiyi müddət yetişəndə o, sifarişçinin iflas etdiyini öyrənmişdi.
Artıq təhvil verilmiş sifariş itirilmiş, qalan materialdan qurtulmaq isə mümkün
olmamışdı. Ailə bir də heç vaxt bu bədbəxtliyin vurduğu zərbədən özünə gələ
bilmədi. Onlar Drezdenə köçdülər. Minnanın atası burada royal hazırlanma-
sı üçün müxtəlif tərkib hissələrini quraşdıra bilən bacarıqlı mexanik kimi sərfəli
iş tapmaq istəyirdi. Bundan başqa, kişi Drezdendə sərfəli qiymətə satmaq üçün
əlində qalan böyük məftil ehtiyatını da özü ilə götürmüşdü. On yaşlı Minnaya
dərzilərə süni güllər üçün məftil təklif etmək tapşırılmışdı. Qızcığaz ağır zənbillə
yola qoyulur və vəzifəsinin öhdəsindən elə bacarıqla gəlirdi ki, tezliklə bütün eh-
tiyatı satıb mənfəət də gətirmişdi. Həmin vaxtdan onda kasıblamış ailəsinə öz im-
kanları daxilində kömək etmək, valdeynlərini əlavə qayğılardan azad etmək üçün
öz ayaqları üstündə dayanmaq istəyi və meyli yaranmışdı. O, böyüyəndə gözəl xa-
rici görünüşü ilə kişilərin diqqətini vaxtından əvvəl cəlb etdi. Cənab fon Eynzidel