131
Rixard Vaqner
Mənim həyatım
adlı biri ona dəli kimi aşiq oldu və bu kişinin ehtirası təcrübəsiz gənc xanım üçün
zəiflik anında fəlakətlə nəticələndi. Yazıq ailəni dəhşət bürüdü: yalnız anası və
bacısı yazıq Minnanın necə qorxunc vəziyyətdə olduğunu bilirdilər. Qəzəbindən
qorxduqları atadan on yeddi yaşlı qızının öz həyatı üçün də təhlükəli olan şəraitdə
qız uşağı dünyaya gətirdiyini gizlədə bildilər. Minna tanışları vasitəsilə bir te-
atr truppası ilə əlaqə qura bildi. Bu truppanın tamaşalarının birində Minna kral
səhnəsinin üzvlərinin, əsasən Dessau teatrının direktorunun diqqətini cəlb etdi
və dərhal təklif aldı. Qız sıxıntılı vəziyyətdən çıxış yolunu sevinclə qəbul etdi.
Beləliklə, onun qarşısında gözəl karyera və ailəsini saxlamaq üçün vaxt keçdikcə
yaxşılaşan maaş imkanı açılacaqdı. Teatra heç bir həvəs hiss etmir, lakin ona
göstərilən diqqətə meyl edirdi. O, səhnə karyerasına sürətli təminat, bəlkə də var-
lanmaq vasitəsi kimi baxırdı. Kafi olmayan təhsillə incəsənəti dərk etmək üçün
hazır olmayan Minna teatrı yalnız aktyorların birliyi kimi görürdü. Xoşa gəlmək
və ya gəlməmək onun üçün sırf maddi azadlıq baxımından əhəmiyyət daşıyırdı.
O, pula pəncərəyə düzdüyü mallara baxan tacir kimi baxırdı. Direktor, rejissor
və daha görkəmli şəxslərlə dostlaşmaq ona görə iş üçün zəruri mərifət idi. Öz
mühakimələri və zövqü ilə tamaşaçılara, rəhbərliyə təsir etməyi bacarır, teatral
dostlarını isə ən gizli arzularını yerinə yetirəcək varlıqlar hesab edirdi. Onlarla
düşmən olmamaq Minnaya elə təbii gəlirdi ki, bu insanların simpatiyasını qoru-
maq üçün şəxsi ləyaqət hissiylə də hesablaşmamağa hazır idi. O, özünəməxsus
şəkildə müdrik idi. Bir tərəfdən, xoşagəlməz görünməkdən qaçır, digər tərəfdən
mahiyyətində xüsusilə pis bir şey tapmadığı ən bədnam şeylərə belə bəraət ta-
pırdı. Elə burdan ziddiyyətlərin qəribə qarışığı əmələ gəlirdi. Minna bu şübhəli
məqamı anlamaq iqtidarında deyildi. Şübhəsiz, o, həqiqi zərif hissiyatdan
məhrum idi, yalnız əxlaq hissini tanıyır və hər şeyi ədəb çərçivəsində nəzərdən
keçirirdi, amma mənəviyyat əhval-ruhiyyəsinin zərif pərdəsi yırtılarkən vərdiş
olunmuş ədəbin nə dərəcədə cılız bir şey olduğunu anlamırdı. Bu cür idealizmdən
məhrum olduğu üçün onun incəsənət haqqında həqiqi anlayışı yox idi. Səhnə is-
tedadı da yox idi, onun uğuru gözəl xarici görünüşünə əsaslanırdı. Vaxt keçdikcə
qazanılmış vərdişlər sayəsində “yaxşı” aktrisaya çevrilib-çevrilmək imkanlarını
mühakimə etmək istəmirəm. Minna üzərimdə özünəməxsus hakimiyyətə sahib
idi və bu gənclikdən mənə güclü təsir edən idealizmə əsaslanmırdı, əksinə, öz
varlığının daxili mahiyyətinin ayıqlığı və davamlılığı təsir göstərir, bununla da
yüksək məqsədə yetmək uğrunda azdığım yalançı yollarda vacib dayaq və ta-
mamlayıcı rolunu oynayırdı. Tezliklə Minnanın yanında idealistik tələbatlarımı
biruzə verməməyi öyrəndim. Bu məsələnin yanından gülərək, zarafatlaşaraq ötür-
düm. Beləliklə, qeyri-ixtiyari müsbət üstünlüyünü qəbul etdiyim həmin sahədə
əsl qadın mahiyyəti ilə bağlı iztirablara daha həssas olurdum. Minnanın teatr ha-
misi hesab etdiyi şəxslərin məlum yaxınlığına və sırtıqlığına qəribə dözümü məni