Rixard Vaqner
Mənim həyatım
132
son dərəcə təhqir edirdi. Bu iradlarımı ona bildirəndə ciddi küskün görkəm alıb
məyusluğumu tamamlayırdı. Kommersant Şvabe ilə ilk dəfə Berlində xəbər tutdu-
ğum gizli münasibətlərə gəldikdə isə, bu adamın sonradan tapdığım məktubları
məni heyrətə salan təfərrüatları faş etdi. İçimdə yığılan bütün qısqanclıq, dərin
daxili tərəddüdlər bu qızı dərhal tərk etmək qərarı ilə üzə çıxdı. Aramızda gur,
ehtiraslı mübahisə qopdu ki, bu da gələcəkdəki bütün bu cür mübahisələrin tipini
dəqiqliklə təyin etdi. İradlarım ifrata vardı. Mənə ehtiraslı bağlılıq hiss etməyən,
sadəcə inadkarlığıma boyun əyən və qəlbinin dərinliklərində mənə aid olma-
yan qadına elə müraciət edirdim ki, elə bil ona həqiqətən haqqım çatırdı. Min-
na məni tamamilə pərt etmək üçün maddi baxımdan həqiqətən sərfəli təklifləri
rədd etdiyini, istedadı hələki özünü sənət aləmində heç bir şeylə göstərə bilməyən
gənc, yoxsul, pis təmin olunmuş adamı sırf mərhəmət və sədaqət duyğusundan
qəbul etdiyini dedi ki, bu da kifayət idi. Minnanın xətrinə dəyən hədsiz kəskin
sözlərim və ifadələrim mənə xüsusilə zərər vermişdi. Məsələni şişirtdiyimi anla-
dıqdan sonra haqsızlığımı anladığımı hiss etdirərək, üzr diləyərək yalnız küskün
sevgilimin könlünü almaq barədə düşünürdüm. Bir çox sonrakılara bənzəyən bu
səhnə Minnanın mütləq zahiri qələbəsi ilə tamamlandı. Lakin sülh həmişəlik po-
zulmuşdu və bu cür hadisələr təkrarlandığı üçün Minnanın xasiyyəti ciddi şəkildə
dəyişməyə başlamışdı. Sonralar Minna üçün get-gedə anlaşılmaz olan sənət anla-
yışım və onun həyata münasibəti tədricən böyüyən çaşqınlığa sürüklədi Minna-
nı, bu məsələ ilə bağlı mühakimələrinə qərəz və tərəddüd gətirdiyi kimi yüksək
əxlaqi məsələlərə mənim münasibətim də onu tamamilə karıxdırırdı. Sərbəst
fikirlərimi anlamaq və təsdiqləmək iqtidarında olmayan Minnanın təmkinli
xasiyyətinə yad olan coşğunluq hopmağa başlamışdı. Bu coşğunluq illərlə artıb
onun xasiyyətinə uyğun şəkildə ifadə olunduqda, cəmiyyətin aşağı təbəqələrinə
xas çalarlar almağa başladıqda təəccüblənmək olmazdı. Çünki zavallı əsl təhsil
əvəzinə yalnız kasad meşşan ədəbinin əlamətlərinə sahib idi. Bu kəskin partla-
yışlar məni Minnanın xasiyyətinin verdiyi son dayaqdan da məhrum edirdi və
bu, sonrakı birgə həyatımızın daha çox əzab verən cəhətinə çevrildi. Lakin o vaxt
Minna ilə evliliyimdən doğan nəticələrin naməlum vaciblik hissi mənə tamamilə
hakim kəsilmişdi. Onun xoş, sakitləşdirici xüsusiyyətləri mənə hələ də yaxşı təsir
etdiyi üçün bəladan xəbər verən daxili səsimə yüksək düşüncəsizlik və inad nü-
mayiş etdirərək qulaq asmırdım.
73
Köniqsberqə gələndən bəri ailəmlə, yəni anam və bacım Rozaliya ilə əlaqə
saxlamırdım. Heç birinə qərarlaşdırdığım addım barədə bir söz deməmişdim.