133
Rixard Vaqner
Mənim həyatım
Köhnə dostum Mellerin rəhbərliyi ilə nikaha mane olan bütün qanuni çətinlikləri
aradan qaldırdım. Prussiya qanunlarına görə yetkinlik yaşına çatmış kişinin nikah
bağlamaq üçün valideynlərinin icazəsinə ehtiyac yoxdu. Lakin elə həmin Prussiya
qanununa görə mən hələ yetkinlik yaşına çatmadığım üçün doğulduğum Saksoni-
ya qanunlarına əsaslanmalı oldum. Orada artıq 21 yaşına çatdığım üçün yetkin he-
sab edilirdim. Rəsmi bəyannamə yalnız son bir ili yaşadığımız yerdə tələb olunur-
du. Ona görə kilsə mərasimi heç bir çətinliklə qarşılaşmadan Maqdeburqda həyata
keçdi. Minnanın valideynlərinin razılığına arxayın olduğumuz üçün yalnız Tan-
geym kilsəsinin pastorunu birlikdə ziyarət etmək kifayət idi. Bu ziyarət yetərincə
orijinal tərtib olunmuşdu. O, Minnanın Fenella pantomim rolunu ifa edəcəyi be-
nefisimiz keçirilən günün səhərinə təyin olunmuşdu. Kostyumu hələ hazır deyil-
di, sifarişlərin və tapşırıqların hamısı yerinə yetirilməmişdi. Yağışlı, soyuq noyabr
havası qanımızı qaraltmışdı və pastor evinin açıq dəhlizində çox gözləməli olmuş-
duq. Buna görə biz bir-birimizə söz atırdıq. Bu atışmalar sürətlə acıqlı iradlara
çevrilirdi və şahid olduğu mübahisədən təəccüblənmiş pastor qapını açıb bizi içəri
dəvət edəndə müxtəlif istiqamətlərə qaçmağa hazır idik. Vəziyyətin qəribəliyi bizi
bir qədər şənlədirdi, pastor sakitləşdi və nikah növbəti gün saat on birə təyin olun-
du.
Kəskin mübahisələr tez-tez, hətta məişət məsələlərini müzakirə edəndə də
-
arzuolunan dinc xoşbxətliyin zəmanəti saydığım rahat və mümkün qədər gözəl
tərzdə olsa belə baş verirdi. Mən nişanlımın ayıq düşüncələrinə səbirsizliklə etiraz
edirdim: qarşımda açılan getdikcə artan rifah dolu illərin başlanğıcı ev rahatlığı-
nın müvafiq simvolları ilə əlamətdar olmalı idi. Mebel, qab-qacaq və digər lazımlı
əşyalar yavaş-yavaş ödəmək şərti ilə kreditə götürülmüşdü. Belə ki, bürger həyatında
ailənin yaxşı vəziyyətindən xəbər verən cehiz, ev tədarükü və buna bənzər akses-
suarlardan söhbət gedə bilməzdi. Bizim şahidlərimiz və qonaqlarımız Köniqsberq
teatr truppasının üzvləri idi. Onlardan yalnız dostumuz Meller gümüş qənddanın
qeydinə qalmışdı, teatrın Ernest Kastel adlı başqa bir orijinal gənc dostu isə onun
yanına bənzər çörəkqabı əlavə etmişdi. Bu ərəfədə nümayiş edilən hərarətlə dirijor-
luq etdiyim “Portiçidən olan lal” tamaşası uğur qazandı və gözlənildiyi kimi yaxşı
gəlir əldə etdi. Teatrdan yorğun-arğın qayıdıb öz məclisimizi keçirdik və mən ilk
dəfə yeni mənzilimdə gecələdim. Buna baxmayaraq səliqə ilə yığılmış toy yatağına
uzanmağa ürək etmədim. Sərt çarpayıya uzandım. Üstüm yaxşı örtülmədiyi üçün
xoşbəxt günün yetişməsini gözləyənə qədər yaxşıca dondum. Səhəri gün Minnanın
əşyalarından ibarət sandıq və səbətlərin gəlməsi mənə xoş ovqat bəxş etdi. Yağış
kəsmişdi və günəş bərq vurmağa başlamışdı. Ancaq bizim qonaq otağımız heç cür
isinmirdi və mən uzun müddət Minnanın guya qəsdən yandırılmamış sobaya görə
qınaqlarını eşitməyə məcbur qalmışdım. Nəhayət, yeni kostyumu – qızılı düyməli
tünd-göy frakımı – geyindim. Fayton gəlmişdi və mən gəlini götürməyə yollan-