Rixard Vaqner
Mənim həyatım
134
dım. Aydın səma hamının kefini açmışdı. Minnanın da əhvalı əla idi. Mənim seçdi-
yim dəbdəbəli paltarı geyinmişdi. O, məni səmimi qəlblə və sevincdən parıldayan
gözlərlə salamladı. Biz gözəl havanı yaxşı əlamət kimi qəbul etdik və şən əhval-
ruhiyyədə kilsəyə yollandıq. Kilsənin möhtəşəm bir tamaşadakı tamaşaçı zalı kimi
ağzına qədər dolu olduğunu görməyin zövqünü yaşaya bildik. Bir təhər mehraba
çatdıq. Orada da kübar cəmiyyətin nümayəndələri – şahidlərimiz - bütün teatral
möhtəşəmlikləri ilə bizi gözləyirdilər. İştirakçıların arasında bir dostumuz belə yox
idi. Hətta sadədil Mellerimiz belə uyğun müşayiətçi tapmadığı üçün iştirak etmirdi.
Mən daim dərin teatrallıq, ətrafdakıların qeyri-ixtiyari ruhdan salan yüngüllüyü-
nü hisss edirdim və bu, bütün mərasimə sirayət edirdi. Pastorun nitqini yuxudakı
kimi eşidirdim. Onun haqqında deyirdilər ki, Köniqsberqdəki həyatı kifayət qədər
xoşagəlməz edən yerli müqəddəslərə bənzəmir. Bir neçə gün sonra mənə çatdırdı-
lar ki, guya pastordan nitqindəki təhqiramiz bir sözə görə şikayət etməyim barədə
söz-söhbət yayılıb. Nə baş verdiyini anlaya bilmirdim və belə ehtimal edirdim ki,
bu mübaliğəli şaiyələrin səbəbi həmin an məndə müəyyən qədər pərtlik yaradan
bir vəziyyət olmuşdu. Məsələ burasındadır ki, pastor heç kimin qaça bilməyəcəyi
ağır vaxtlardan danışaraq hər ikimizin tanıdığı dostumuza işarə etmişdi. Özünü
belə qəribə üsulla xatırladan hansısa gizli imkanlı hamidən söhbət getdiyini düşün-
düyüm üçün onun barədə yeni məlumatları səbirsizliklə gözləyərək pastora bax-
mışdım. Buna cavab olaraq pastor xüsusi vurğu və qınaq dolu səslə bildirmişdi ki,
bu tanımadığımız dostumuz İsadır. Mən bunda heç bir təhqir görməmişdim, yalnız
məyusluq hiss etmişdim. Düşünmüşdüm ki, yəqin bu cür nəsihətlər nikah ayininə
daxildir. Ümumiyyətlə, mənim üçün anlaşılmaz olan bu akt zamanı o qədər dalğın
idim ki, pastor üzüklərimizi qəbul etmək üçün bağlı dua kitabını bizə uzadanda
Minna lazım olanı dərhal elədikdən sonra məni yüngülcə itələyib onun kimi dav-
ranmalı olduğumu bildirdi. Həmin dəqiqə elə bil qarabasma görür və anlayırdım
ki, varlığım bir-birinin üstü ilə axan, məni tamamilə əks istiqamətlərə çəkən iki şır-
nağın ixtiyarındadır: üstdəki günəşə yönələn axın məni irəli aparırdı, aşağıdakı isə
ruhumu anlaşılmaz, qorxu dolu qüssə ilə sıxırdı. İkiqat cinayətkar əməllərim barədə
düşüncələri bir göz qırpımında ağılsız şəkildə qovmağıma haqq qazandıran bir şey
var idi. Mən düşünmədən həyatını həyatda heç bir mövqeyə sahib olmayan gənclə
birləşdirən nadir və özünəməxsus qıza baxarkən qəlbim hərarətlə dolurdu. 24 no-
yabr 1836-cı il, səhər saat 11 idi. Mən 23 yaş, altı ay ömür yaşamışdım. Kilsədən
evə gedən yolda və evdəki əla əhval-ruhiyyə şübhələrimə qalib gəldi. Minna dərhal
qonaqların qəbulu ilə bağlı məişət məsələləri ilə məşğul olmağa başladı. Otağımızın
soyuqluğunu uzun müddət aradan götürə bilməməyimiz gənc ev sahibəsini dilxor
edirdi. Lakin bunun əvəzinə biz bol naharla mükafatlandırılmalı idik. Təəssüf ki,
kilsə mərasiminin iştirakçıları siyahısından çıxarılmağına baxmayaraq, bu ziyafətdə
nikahımızın enerjili qurucusu Abraam Meller də iştirak edirdi.